Bu qapı döyülməyəcək…
Rahat əylən, rahat gül.
Qaçıb, tələm-tələsik
Qapı açmayacaqsan.
Bu qapı döyülməyəcək…
Rahat uyu gecəni.
Quş da dimdikləməyəcək
Bağlı, boş pəncərəni.
Bu qapı döyülməyəcək…
Göndər toyuq-cücəni.
Qapının kandarında
Çiçəklər cücərəni…
Bu qapı döyülməyəcək.
Ağrı dolu sözüm var,
Ağır, dolu izim var.
Dayan, sənə sözüm var:
Bu qapı döyülməyəcək.
Hər gün döyülən qapına
Bu qız daha gəlməyəcək.