2023-cü ilin avqust ayına olan məlumatlara görə, ABŞ-ın Avropada yerləşdirilən hərbi kontingentinin sayı 100 min əsgər və zabitə qədər artırılıb. Ağ Evin milli təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbinin sözlərinə görə, soyuq müharibə dövründən bu günədək Avropaya bu sayda amerikan əsgəri yerləşdirilməmişdi.
Pentaqonun strateqləri çoxdan "qırmızı təhlükənin" olmadığına əmindilər və artıq Sakit okeandan Atlantik okeana qədər nüfuzunu artırmağa çalışan SSRİ-də yoxdur. Lakin bütün bunlar Qərbi Rusiyanın müdafiə gücünü artırmaq cəhdlərini özləri üçün təhlükə hesab etmələrinə mane olmur və Şərq sərhədlərini müdafiə etmək məqsədilə NATO kontingentindən və silahlarından istifadə etmək istəklərindən çəkindirmir.
ABŞ ordusunun NATO çətiri altında Rusiya sərhədləri yaxınlığına bu qədər hərbi qüvvə toplamaqda Vaşinqtonun məqdədi nədir və Rusiya buna necə cavab verəcək?
Əslində Rusiya tərəfinin hərbi və hərbi texniki gücünün həddindən çox şişirdildiyi, İki ilə yaxındır davam edən Ukrayna müharibəsində özünü büruzə verdi. Təbii ki, ABŞ-ın kəşfiyyat xidmətlərinin bundan xəbərdardar olduqları heç kimdə şübhə doğurmurdu. Lakin tam əmin olmaq üçün "qurbanlıq" ölkə tapılmalıydı və Ukrayna "qurbanlıq" üçün ən real namizəd ola bilərdi ki, Vaşinqton bu imkandan istifadə etməyə nail oldu.
Rusiyanın uzun illərdi təbliğ etdirdiyi strateji silahların gücü ilə bağı dünyada yaratdığı qorxu, həyacanın boş qazan qapağının yaratdığı səs-küydən başqa bir şey olmadığı aşkara çıxdı. Moskvanın müdafiə olunmaq üçün yeganə gücü və ümidi əlində olan çoxsaylı nüvə başlıqlarıdır. Ona görə də, qarşılaşacağı hər handı bir təhlükə qarşısında ən yüksək səviyyələrdən gələn səslərdən ABŞ və Qərbin təhdidlərinə nüvə silahlarından istifadə ediləcəyi barədə xəbərdarlıqlar edilir.
ABŞ artıq aşağı-yuxarı Rusiyanın hərbi gücünün döyüş meydanlarında qabilliyyətini gördü. İndi yəqin ki, Moskvanın son ümidi, nüvə potensialının da gücünü yoxlamaq niyyətindıdir. Ona görə də, çoxsaylı hərbi kontingentini Rusiya sərhədlərinə yaxın, Almaniya, Polşa, Rumıniyaya toplayır. Bu regionlarda yerləşdirilən amerikan hərbiçilərinin sayının 50 minə yaxın olduğu bildirilir.
ABŞ-ın Rusiyanın nüvə silahlarından istifadə edəcəyi halda növbəti qurbanları bu ölkələr olacaqmı? Əlbətdə ki, əsil noyyətlərinin həyata krçirilməsi üçün 50 minlik amerikan əsgərini də qurban vermək olar, hələ Vaşinqton üçün heç bir əhəmiyyət daşpmayan Pribaltika respublikakarlnı da. Daha əvvıələr, Vyetnamda, Əfqanıstsnda, İraqda, Suriya və s. itirdikləri yüz minlərlə hərbiçilərindən artıq deyillər ki? O cümlədən, Polşa, Rumıniya, Macarıstan, hətta ən yaxın müttəfiqləri Fransa və Almaniya da "Sem dayı" üçün Ukraynadan artıq deyillər. Vaşinqton üçün əsas hədəf Rusiyanın parçalanması və SSRİ kimi yoxa çıxmasıdır ki, nəinki adlarını sadaladığlmız ölkələri, hətta bütövlükdə Avropanı da qurban verməyə hazırdırlar.
2014-cü ilədək ABŞ-ın Avropadakı hərbi kontingenti indikindən kifayət qədər az idi. Barak Obamanın prezidentliyi dövründə, Çindən gələn "təhlükənin" qarşıslnln alınması məqsədiylə, əsasən Sakit okean regionunda hərbi gücünün artırılmaslna diqqət yönəlmişdi. 2022-ci ildən başlayaraq isə, qəfil Avropaya geridönüş edildi və Avropada əsasən Rusiya sərhədləri yaxınlığına hərbi gücünü artırmağa başladı.
Vaşinqtonun geridönüş etməsinə isə, Rusiya geniralitetinin (hərbi sənaye kompleksinin) prezident Putini, mütamadi olaraq hərbi güclərinin qarşısında hər hansı bir şimali atlantika alyanslarının qayana bilməyəcəyinə inandırnaları səbəb oldu.
Getdikcə özünü tarixdə I Pyotr kimi görməsi, Rusiya imperiyasının yenidən bərpa edə biləcəyinə inanandığını hər addımda nümayiş etdirməyə cəhd edən prezident Vladimir Putin, faktiki olaraq hər çıxışlnda genirallarının ona verdiyi feyk məlumatlara inanaraq, ağız dolusu analoqu olmayan yeni nəsil silahları barədə bəyanatlar verərək, dünya ölkələrinə barmaq silkələdi.