adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şeir təhlilləri

VURĞUN ƏYYUB
30278 | 2013-04-20 08:10
MirzəƏləkbər Sabir

Atanəsihəti

Bəsdir, eyoğul, boş yerə bu elmə çalışma,

Qanın tələfoldu!

Gündüz,gecə səy eyləyibən dərsə alışma,

Canın tələfoldu!

Bu şəhridəçoxdur, görürəm, elm oxuyanlar,

Onlar nətapıblar?

Divanədilərmalını bu yolda qoyanlar,

Guya ki,yatıblar.

Çoxdurzərəri adəm üçün elm oxumağın,

Sən say vədeyim mən:

Əvvəl buki, məktəbdə olur təlx damağın,

Eydideyi-rövşən!

Bir dəgözünün nuru gedib kur olacaqsan,

Canın dasağ olmaz;

Rənginsaralıb axırı rəncur olacaqsan,

Bağrındayağ olmaz.

Axırda,tutaq, ölməyib onversətə getdin,

Qurtardınözün də;

İnsaf iləsöylə, bu işi yaxşımı etdin?

Bir dur busözündə!

Sən dədeyəcəksən sasalım, ya ki demorqat,

Bilməm necədersiz;

Xalqınevini yıxdı çıxıb bir neçə bədzat,

Ax, ax, abeyinsiz!

Hər birgəda bir az oxuyub adəm olubdur,

Zakonubəyənməz;

Çoban-çoluqoğlu bəy ilə bahəm olubdur,

Hamunubəyənməz;

Gahi şahabir tənə vurar, gahi vəzirə,

Bax, bax,səni tanrı!

Gah ocağaşəkk eliyər, gahi də pirə,

Kafir olu barı.

Bundansonra qıl tövbə dəxi, məktəbə getmə,

Bircə usan,oğlum!

Ta baxmamüəllim sözünə, ta əməl etmə,

Axır utan,oğlum!

Çıxdağa-daşa, yol kəsibən qarətə başla,

Axırdaqaçaq ol;

Sal birbeşatan boynuna, bu adətə başla,

Həmmali-yaraqol,

Xalqadadanaq ol,

Hər işdəsayaq ol,

Ver canaziyanı -

Qeyrətdənuzaq ol!

Şeirinmövzusu, məzmunu və ideyası

Şeirinmövzusu Sabirin ardıcıl müraciət etdiyi tərbiyə, təhsil, məktəb mövzusudur!Məktəbə, təhsilə, elmə nifrətlə yanaşan satirik qəhrəman bizə Sabirin digərsatiralarından tanışdır. Digər şeirlərdə qatı inkar, qarğış, vurub dağıtmağaçağırış yolu tutan bu elm, təhsil, məktəb düşməni bu şeirdə adından göründüyü kimi nəsihətə əlatmışdır. Nəsihət, məsləhət klassik poeziyada və xalq şeirində ardıcıl müraciətolunan müsbət yüklü bir motivdir. Sabir də yeri gəldikcə bu motivdənyararlanmışdır. Nəsihət-məsləhət onun bir çox şeirlərinin həm məzmununu təşkiledir, həm də satirik üslubunda poetik fiqur kimi ortaya çıxır. Onun "Küpəgirən qarının nəsihəti","Məsləhət", "Olmur, olmasın", "Təhsili-elm","Kişi" və sairə satiralarında nəsihət-məsləhət şairin mənfi qəhrəmanınındaxili dünyasını, düşüncə tərzini, xarakterini ortaya çıxaran bir vasitəyə çevrilir.Bu tip şeirlərində şairin özü görünmür, mövqeyi hansısa söz, ifadə ilə bəlliolmur, şair sadəcə olaraq tipin özünü danışdırır, onun mahiyyətini tipinverdiyi nəsihətlərdə, məsləhətlərdə açır, ifşa edir. Nəsihətdən istifadə edərəknəsihət verənin - satirik qəhrəmanın iç üzünü açmaq haqqında danışdığımızşeirdə də ön plandadır.

İlkmisralardan sakit bir tərzdə oğlunu məktəbdən, elm yolundan uzaqlaşmağaçağıran, elm qazanmaq yolunda malını, varını xərcləyənlərə irad tutan ata elmvə təhsilin zərərli olması barədə dəlillərini sadalayır: məktəbdə nəşənə acıqatılacaq, gözünün nuru gedib kor olacaqsan, canın sağ olmayacaq, rənginsaralacaq, xəstə düşəcəksən, bağrında yağ olmayacaq. Bunlar fizikitəhlükələrdir. Ata oğlunun mənəvi-əxlaqi planda hansı təhlükələrlə üzləşəciyinisadalamaqla narahatlığını söyləməyə davam edir: axırda universitet oxuyubsosializm, demokratiya, bərabərlik deyəcəksən, qanunları bəyənməyəcəksən,hakimiyyəti qəbul etməyəcəksən, ocağa, pirə şəkk gətirəcəksən. Atanı ən çoxnarahat edən də bu sonunculardır, mənəvi-əxlaqi aləmdə, ictimai düşüncədə başverən dəyişikliklərdir. Bu narahatlıq onun işlətdiyi "Ax, ax","bax, bax" nidalarından bəlli olur. Cəmiyyətdə "sasalım"(sosialist), "demorqat" (demokrat) sözləri işlənir, mövcud qanunu(zakonu) bəyənmir, çoban-çoluqla bəy arasında bərabərlik tələb edir, şaha,vəzirə tənə vurur, onları tənqid edir, elm öyrənib cəmiyyətə faydalı olmağaçalışırlar - bütün bunların səbəbkarı isə məktəb, onversətə (universitet), elm,müəllimdir. Satirik tipin qəzəbi onlara qarşı yönəlib. Elm öyrənməyin, dərsoxumağın ziyanlarından danışıb fikrini əsaslandırmağa çalışan, yaxşıya pis,pisə yaxşı deyən ata şeirin sonunda əsl məqsədini bildirir: Oğlum, get qaçaqol, quldurluq et, xalqı tala, qeyrətdən uzaq ol. Şeirin ideyası nadanlığın,tərbiyəsizliyin, quldurluğun dərs oxumaqdan, elm qazanmaqdan, xalqa yararlıolmaqdan üstün tutulduğu bir dünyanın tənqidi və bu dünyaya əks olan bir aləminarzu edilməsindən doğur.

Şeiriniştirakçıları

"Atanəsihəti" satirasının iki iştirakçısı var: nəsihət verən ata və nəsihətolunan oğul. Şeirdə fəal olan atadır: danışır, irad tutur, tənqid edir, lağaqoyur, nəsihət verir. Şeirdə oğul passivdir, dinləyici rolundadır, danışmır,fikir bildirmir, mətndə birbaşa görünmür. Satirik tipin nəsihətamizmonoluqundan, giley və qeybətlərindən, həyəcanlı sözlərindən oxucu anlayır ki,oğul köhnə qaydalarla yaşamır, dərs oxuyub, elm qazanıb müasir insan olmaqistəyir. Hər kəsi fərəhləndirməli olan bu keyfiyyət Sabirin satirik qəhrəmanınıqəzəbləndirir. Ona görə də dolayısı yolla, cəmi iki cümlə ilə gəncləri elmə,məktəbə təşviq edənlərə nifrətini bildirir, tənə vurur.

Buna da diqqət yetirmək lazımdır ki, ataöz oğlu ilə münasibətdə ehtiyatlıdır, ona "dideyi-rövşən" (gözümnuru) deyə müraciət edir, fiziki güc, zorakılıq üsulu ilə, təhqirlə danışmır,nəsihət yolu tutur, oğlunu yolundan döndərmək üçün öz ağlınca, öz düşüncəsinəgörə məntiqi dəlillər, sübutlar gətirir. Atanın dəlilləri gülüş doğurur,satirik qəhrəmanın düşüncəsinin, qəbul etdiyi, arxalandığı dəyərlərin nə qədərçürük olduğunu göstərir. Oğluna nəsihətdə öyüdverici sözlər seçən, ona qarşıdavranışlarında yumşaq tərz nümayiş etdirən, oğlunu qılıqlayan ata oğlunuməktəbə, elmə təşviq edən adamlardan danışanda sərt sözlər seçir, istehzalı danışır("divanə olublar", "hər bir gədə", "ax, ax, abeyinsiz") köhnə qaydalara, inanclara qarşı olanları ittiham edir.

Satirikqəhrəmanın - atanın dediklərindən, mülahizə və dəlillərindən o da aydın olurki, həyat artıq onun dediyi və arzuladığı kimi deyil. Burada Sabirin yaşadığızəmanədəki müsbət təmayülü, yenilik və oyanışı bir sənətkar qüdrəti ilə nəqədər aydın şəkildə gördüyü və göstərdiyi diqqət çəkir. Bu yenilik və oyanışondan görünür ki, şikayətlənən artıq zavallı, köməksiz, məktəb həsrətilə alışan,amma məktəbə buraxılmayan uşaq yox, məktəbdən, müəllimdən, oğlunun dərs oxumağameyl göstərməsindən əndişə keçirən geridə qalmış, nadan atadır. Maarifçirealistlər məktəbin yoxluğundan, ataların övladlarını məktəbə buraxmamalarındanşikayətçi idilərsə, indi şikayətlənən, gileylənən məktəbin, elmin həyata nüfuzetməsindən narazı qalanlardır. Əgər satirik qəhrəman şikayət edirsə, gerçəkliyiqəbul etmirsə, deməli, həyatda köhnə düşüncə ilə yaşayan, çürük dəyərlərsistemindən əl çəkə bilməyən insanları qane etməyən müsbət təmayüllər, yenilikhavası var. Sabir dühasının bir əlamət və cəhəti də bu müsbət tendensiyaları,milli oyanışın əlamətlərini görməsində və satirik tipin dili ilə olsa da,onları göstərə bilməsindədir.

Şeirinüslub

və dilxüsusiyyətləri

Şeirinsüjeti sadədir, yüksələn bir xətt üzrə inkişaf edir. Oğlunu elm öyrənməkdən,dərs çalışmaqdan çəkindirmək istəyən ata addım-addım, ehtiyatla əsl məqsədiniaçıqlamağa doğru gedir. Bu tipin xarici görünüşü, peşəsi haqda şeirdən birməlumat ala bilmirik. Şairin satira projektoru satirik qəhrəmanının daxilialəminə, düşüncələrinə yönəlmişdir. Daha dəqiqi, şair tərəfindən danışdırılantip bir başqasının müdaxiləsi olmadan özü-özünü tanıdır, kimliyini bəlli edir.

Şeirdə parlaq təşbehlərə, mübaliğələrə,mürəkkəb məcazlara rast gəlmirik, ancaq bunların yoxluğu şeirin bədii təsirqüvvəsini qətiyyən azaltmır. Şair sadə ifadələrlə, adi sözlərlə təsirli, aydın,yaddaqalan səhnələr yarada bilmiş, danışdırdığı tipin iç aləmini ustalıqlaaçmışdır. Mürəkkəb bədii təsvir və ifadə vasitlərindən imtina etməyi Sabirinayrı-ayrı misra və şeirlərində davamlı müşahidə edirik. Lakin bu Sabirin şeirtexnikasının, bədii istedadının zəifliyi kimi deyil, şairin düşünülmüş şəkildəistifadə etdiyi bir üslubi məqam kimi qiymətləndirilməlidir.

Şeirin dilitamamilə sadə, xalq dilinə yaxın bir dildir. Yalnız bircə yerdə klassik şeirdəngələn tərkibə ("dideyi-rövşən"), bir dənə bugünkü oxucu üçünanlaşılmayan sözə (xəstə mənası verən "rəncur" sözünə) müraciətedilmişdir. Əvəzində satirik qəhrəmanının özünü müasir, savadlı (əslindəsavadsızlığını) göstərmək istəyindən doğan ifadə və sözlərə yer verilmişdir.Təhrif edilmiş şəkildə deyilən, bir növ ictimai həyatda yeniliyin atributlarıkimi işlənən "sasalım", "demorqat", "onversətə"kəlmələri o dövrün savadsız adamlarının dilinin əzbəri idi ki, Sabir də onlarıhəm məişət dilində işləndiyi tərzə uyğun, həm də satirik tipin savadsızlığınıgöstərmək üçün işlətmişdir. Ata bu sözlərin tələffüzündə yanlışlığa yolverdiyini də sövqü-təbii duyur və xalqdan gələn bir ifadə ilə özünüsığortalayır: "bilməm necə dersiz;"

Şair xalqdilindən gələn ifadələrə yeni bir rəng verməklə fikrini daha təsirli etməyəçalışmışdır. Xalq dilində "ürəyində yağ qalmamaq", "ürəyininyağı ərimək" kimi mənfi yüklü, əzab çəkmək bildirən ifadələr var. Həttabir folklor nümunəsində deyilir ki, qonşuda qız sevən oğlanın ürəyində yağolmaz! Sabirin satirik qəhrəmanı da elmə həvəs göstərən, məktəbə sevgi bəsləyənoğlunu qorxutmaq üçün xalqdan gələn bu ifadəni dəyişdirərək belə ifadə edir:"bağrında yağ olmaz". "Bağır" sözü dilimizdə, qara ciyər,sinə, köks və ürək mənalarında işlədilir. Göründüyü kimi Sabir"bağır" sözünün ürək mənasını alaraq xalq ifadəsini öz satiriküslubuna uyğun bir şəkildə işlətmişdir. Və yaxud xalq dilində "eviyıxılmış", " evin yıxılsın" kimi qarğış bildirən deyimlərə rastgəlirik. Sabir bu ifadəni satirik tipin dili ilə bu şəkildə işlədir:"Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat". Bununla da şair satirikqəhrəmanının düşüncə tərzini, yeniliyə, dəyişikliyə, oyanışa olan münasibətinidaha təsirli şəkildə ifadə etmişdir.

Şeirdə vəzn və qafiyə xatirinə cümlədə sözsırasının pozulması halı da var. "Sən say və deyim mən" cümləsinormalda "Mən deyim, sən say" şəklində olmalıdır. Amma cümlənin öz dediklərinəinanan, öz ağlından, düşüncəsindən sonsuz dərəcədə razı, savadsız bir nadanındilindən söyləndiyini nəzərə alsaq, bu Sabirin qüsuru sayılmamalı, tipinxarakterini açan bir "yanlışlıq" kimi dəyərləndirilməlidir.

"Atanəsihəti" şeiri Sabirin 1906-cı ildə "Molla Nəsrəddin"də çapolunan ilk qələm nümunələrindəndir. Satira yaradıcılığının ilk illərindəmüşahidə etdiyimiz yuxarıdakı yeniliklər, zamana, həyata baxış, satirik tipyaratma və onu ifşa üsulları şairin sonrakı illərdə yazdığı əsərlərdə kamilləşmiş,bütöv, mükəmməl bir yaradıcılıq konsepsiyasına çevrilmişdir.

VURĞUNƏYYUB

Filologiyaüzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV