Hər xalqın dövləti olmur. İmperiyayaratmaq isə .... Bəziləri yaradıb,amma sonradan qoruyub yaşadabilməyib . Hər halda bu mürəkkəb tarixi –siyasi proseslərin nəticəsidir.
İki imperiya varki,təxminən eyni dövrdə təşəkkül tapmağa başlayıb,hər ikisinin təşəkkültapmağında türk amili var ,hərikisinə də önyarğı iləyanaşılır,hər ikisinə də nifrətləyanaşılır. Başqa imperiyalarla müqayisədə nisbətən cavandılar.Və bucavanlıq onları başqa dövlətlərdəndə öyrənməyə məcbur edib. Söhbət Osmanlıvə Rus imperiyasından gedir. Hər iki imperiyanın Bizansla sıx əlaqəsiolub və Bizansın paytaxtı həriki imperiyaya hər zaman yağlı tikə kimi görünüb. Ruslar da ,Osmanlılar da biləkləriningücünə nə qədər torpaqlar( istilamı,fəthmi deyək) qatdılar torpaqlarına ,bəzən bu günqazandıqlarını sabah bir –birinəqaytarmaq zorunda da qalmışdılar.Əvvəl türk torpağı sayılanlar sabahrusun olmuşdu. Qafqazdan tutmuş,Sibirə qədər... Ruslar öyrənə biliblər vaxtında. Gəlişdirə biliblər özlərini... Osmanlılar isə arxayınlıqhissi ilə özlərini gəlişdirmək fikrindən uzaq olublar. Və bu günelmi kəşflərin heç bir sahəsində onların adıkeçmir. Neçə dənizləri var –dənizçiləri yoxdu. Varsa dayunandan dönmələrdi . Neçə şəhərlərivar –memarlıqları yoxdu . Varsa da yunandan dönmələrdi ...Memarlıq isə beyini inkişaf etdirən ənmühüm sahədi --mühəndis dühasıvacib amildi.
Bugün verilən qərarlar heç də bu gün həll olunmayıb. Hər hadisənin tarixlə bağlılığı var.
Anadolunun fəthi heç şübhəsiztarixin önəmli hadisələrindəndi. Osmanlı sultanları şəhər-şəhər, vilayət-vilayətfəth elədikləri torpaqları ərazilərinə qatmaqla dünyada sayılacaq qüdrət halınagəlirdilər. Hələ İldırım Bəyazidin zamanında Konstantinopol mühasirəyə alınmış,şəhərin fəthi ərəfəsində Əmir Teymurun hücumu və Ankara savaşı bu olayı gerçəkləşdirməyəimkan verməmişdi. Bəyazid Bosforun Anadolu yaxasındayeni bir qala tikmişdi - Anadolu hisarı. 1452-ci ildə Sultan II Məhmət qarşı tərəfdəRumeli hisarını tikir və şəhərin blokadasının təməlini qoyur. 1453-cü ilinyanvarında sultan öz yaxınlarına bildirir ki, Osmanlı imperiyasının təhlükəsizliyio vaxt təmin olunacaq ki, Konstantinopol türklərin əlinə keçəcək. Mənbələrdəordunun miqyası müxtəlif sayda göstərilir. Ortaq rəqəm götürsək, hər halda 150mindən az olmayıb. Mart ayında sudan, qurudan hücuma keçən ordu ilk günlərdənböyük müqavimətlə qarşılaşır. (Qəribədir ki, o zaman Bizansın sonuncuimperatorunun da adı Konstantin idi. Taleyin ironiyası ilə may ayında paytaxtelan olunmuş Konstantinopol min il sonra yenə may ayında yenə Konstantininzamanında süqut edir). Güclü qala divarlarını arasıkəsilməz top atəşinətuturlar. İçəri keçmək üçün lağım atırlar və ən maraqlısı şəhərin bir tərəfindəno biri tərəfinə suya salmaq üçün gəmiləri quru yolla sürüşdürərək keçirirlər. Şəhərtəslim olur, şəhər fəth olunur. May ayının 29-da. Qərb mənbələrininyazdıqlarına inanmayın, türklər şəhəri nə dağıdıblar, nə qarət eləyiblər. Zatən,özlərinin olduqlarına inandıqları bir yeri niyə viran qoysunlar ki?
Fateh--- bu gün mübahisələrə səbəb Ayasofya məbədindənamaz qılan ilk Sultan idi. Ayasofyanıisə Bizans imperatoru Yustiniantikdirmişdi.Tarixi bütünlüklə danışmaq mümkündeyil kiçik bir yazıda .
I Yustiniantarixin maraqlı fiqurlarından biridir. Onun hakimiyyət dövrü həm böyükquruculuq işləri, həm də böyük qarışıqlıqlarla müşayiət olunub. Bu günİstanbulda gördüyümüz bir çox möhtəşəm abidələr onun zamanında tikilib.("Ayasofya", "Yerəbatan sərnic" və s.). "Yustiniankodeksi" adlanan qanun toplusu da dövlətin, hakimiyyətin qüdrətlənməsinə,ölkənin çiçəklənməsinə rəvac vermişdi.
VəFatehdən sonra (yəni İstanbulun fəthindən sonra) bütün xristian dünyası həminşəhər üçün ağlayır… Ayasofya üçün ağlayır… Onlar ağlasalar da inkişafdan qalmayıblar –yəni bu xəstəlik halınakeçməyib. Yenə yaradıblar,qurublar ,elm olub ,siyasət olub,hərbolub… Osmanlı yerində sayıb…Sonra XX əsrin başlanğıcında şəhəri ələkeçirə biliblər xristianlar. Amma onda da Atatürk mane oldu siyasətlərinə. İndiisə yeni dövrdü və nə şəkildəsəəkstərəfə cavab verilməlidi. Türkiyəninərazisi bütünlüklə müxtəlifimperiyaların qalıqların yaşadıröz bağrında. Türkiyə isə öz varlığın qoruyub . Öyrənmək heç vaxt gec olmur. Tarix öz yerində ,çoxqərarlar ola bilər. Qərar hələqanun deyil…