Zakir Həsənov Özbəkistana gedib, "Birlik-2025" təlimini müşahidə edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 20-də Özbəkistana səfərə gedib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə baş tutub və Zakir Həsənov "Birlik-2025" təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Səmərqəndə səfər edib.
Qeyd olunub ki, nazir Səmərqənd şəhərində özbəkistanlı həmkarı ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Xələf Xələfov Abbas Araqçi ilə görüşdü

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib

İlham Əliyev Qazaxıstana getdi - Tokayev qarşıladı + FOTOLAR

“Zəngilan işğal edildən sonra təxminən 45 min məcburi köçkün...”

Dünya böhran içində: Böyük dövlətlərə demokratiya maraqlı deyil - Səxavət Məmməd yazır

Davamlı inkişaf fonunda yeni hədəflər

“Azərbaycan və Qazaxıstan münasibətlərin yüksələn xətlə inkişafında maraqlıdır”
