adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etdi - FOTOLAR

337 | 2024-05-10 15:53

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il keçir.

Adalet.az-ın məlumatına görə, bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Həmçinin, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada peşəkar tibbi kadrların hazırlanması da məhz Ulu Öndərin adı ilə bağlıdır.

TƏQVİM / ARXİV