adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Şəhid ailələrini gözü götürməyən müəllimlər - Emin Piri yazır

Emin Piri
802 | 2022-08-03 12:26

 

Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbulundan öncə belə bir qərar verib ki, müəllimlərin işə qəbulunda müsahibə mərhələsində ilk olaraq şəhid ailələri iştirak etsin. Bu qanunun yaxşı tərəfidir. Eyni zamanda həmin şəhid ailə üzvləri havayı deyil, lazım olan limit balını topladıqdan sonra müsahibəyə buraxılırlar.

Təhsil Nazirliyinin vətən naminə canını qurban edənlərin ailəsinə bu cür doğru yanaşmasından sonra bəzi müəllimlərin danışdıqları ittihamları insanı şoka salır.

Müəllimlər qruplarına baxın. Adamlar bu qərara görə şəhid ailələrinə nifrin qusurlar. Sanki bu ölkədə probelmlərin səbəbi şəhid ailəsiymiş. Hərəsi də özünə görə arqument gətirir.

 

Elə bu müəllimlərin acığına, həm də doğrusu olaraq yaxşı olar ki, gələn mövsümdən diplomu tanınan həmin ailə üzvləri o cür insanlara hesabat vermədən birbaşa işə götürülsün.

səvvür edin, 9 min vakant yerin cəmisi 216-sı şəhid ailə üzvü ola bilər.

Mənə qərarın hansısa mənfi tərəflərini kimsə izah etməyə çalışmasın.

Bu cür adamlar rahat asfalt üstü üçün, 5 manat əlavə maaş, iki uşaq əlavə götürüb repetitor hazırlığı üçün şəhidi satacaq insanlardı.

Həm də həmin müəllimlər, müəllimliyə namizədlər sinif otaqlarımızda vətəndən danışırlar. Dəhşətdi.

Elə müsahibə mərhələsində kəsiləsi, müəllimlikdən uzaqlaşdırılası müəllimlər məhz şəhid ailələrini problemlərinin əsası kimi qələmə verənlər olmalıdır.

TƏQVİM / ARXİV