Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda deyilir.
*** 18:05
Samuxda qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsindən Adalet.az-a bildirilib ki, zəhərlənənlər 28 yaşlı Aysel Əliyeva, 8 yaşlı Dəniz Əliyeva, 7 yaşlı Rza Əliyev, 32 yaşlı Cəmil Əliyev, 9 yaşlı Zümrüd Əliyeva, 15 yaşlı Arif Məmmədov, 6 yaşlı Afət Verdiyeva, 31 yaşlı Bəsti Verdiyeva, 8 yaşlı Gülay Verdiyeva və 3 yaşlı Ümid Verdiyevdir.
İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Həmin evin sakinləri və halvadan dadan qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
***
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Adalet.az-a TƏBİB-dən bildirilib.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", məlumatda deyilir.
***
Samux rayonunun Alıuşağı kəndində zəhərlənmə baş verib.
Adalet.az xəbər verir ki, 15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.


Bakı -°C
