adalet.az header logo
  • Bakı -°C

"Sabah" növbəti mərhələdə

108 | 2026-07-28 21:03
A- A+

Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Adalet.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub. 

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bu isə o deməkdir ki, "Sabah" ən azı Konfrans Liqasında Liqa mərhələsini təmin edib.

"Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. "Lex" səfərdə keçirdiyi ilk görüşdə "Orhus"a 4:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı iyulun 29-da Polşada keçiriləcək.

TƏQVİM / ARXİV