“İran Ukraynaya hərbi cavab verəcək”
İran Xəzər dənizindəki ticarət gəmisinə edilən hücuma görə Ukraynaya mütləq hərbi cavab verəcək.
Adalet.az xəbər verir ki, bu barədə İslam Respublikasının parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fəda-Hüseyn Maleki bildirib.
“Biz diplomatik kanallar vasitəsilə cavab vermişik və ultimatum irəli sürmüşük, lakin mütləq hərbi cavab da olacaq”, - İranlı deputat əminliklə qeyd edib.
Maleki vurğulayıb ki, İranın silahlı qüvvələri artıq Ukraynaya qarşı hərbi cavab hazırlayır.


Bakı -°C

