
Bu gün Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi əraziyə raket zərbəsi endirib.
Adalet.az xəbər verir ki, bu haqda Ukrayna KİV məlumat yayıb.
“Saat 12:50-yə olan məlumata görə, 12 ölüm və 60-dan çox yaralı var. Şəxsi heyətin itkisinin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığında komissiya yaradılıb və xidməti araşdırmaya göstəriş verilib”, - deyə məlumatda bildirilir.