adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Rusiya elitasında ciddi qarşıdurma - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1332 | 2023-05-22 13:35

"Vaqner" şəxsi hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin, "orkestrinin" Baxmutdakı əməliyyatları barədə Telegram-kanalında məlumat yayıb.

"Musiqiçilərim" Baxmutda 260 metr irəliləyib və 180 kv.m ərazini nəzarətə götürüb. "Putinin aşpazının" sözlərinə görə, ukrayna hərbiçiləri şəhərin yalnız 1.28 kv.km-ni əllərində saxlayırlar. Lakin daha əlverişli mövqelərdə yerləşdikləri üçün, ukrayna hərbiçilərini mühasirəyə almaq mümkün deyil.

Biznesmen bildirir ki, Rusiya hərbi desant qüvvələri "düşmənə əlverişlü mövqelərə yerləşməsi üçün şərait yaradıb". "Mən əminəm ki, bu strateji manevr müharibə tarixinin kitablarına düçəcək və düşmənə geniş imkanlar yarafan "qəti sıçrayış" adlandırılacaq. "Gerasimov sıçrayışı"- deyə Yevgeni Priqojin Rusiyanın müdafiə nazirliyini və Baş qərərgah rəisi Gerasimovu bacarıqsız əməliyyat hazırlamaqda günahlandırıb.

Putinin dostu əlavə edib ki, "Gerasimovun uğursuz qəfil sıçrayış" strategiyası imkan vetmir ki, "Vaqner" döyüşçüləri Baxmutda ukraunalı hərbiçiləri mühasirəyə alsınlar.

Rusiya müdafiə nazirliyi ilə "Vaqnerin" yaradıcısı və rəhbəri Yevgeni Priqojin arasında yaranan münaqişə artıq açıq müstəviyə çıxıb. Qeyri-qanuni hərbi birləşmənin yaradıcısı, artıq məsələni Rusiya Dövlət Dumasına çıxarmaq niyyətindədir. Priqojin Dumada Ukrayna müharibəsində Rusiyanın qalibiyyətinə mane olan oliqarxların və deputatların adlarını çəkmək istəyir.

Rusiya Prezidentinin ən yaxınlarından sayılan və hətta deyilir ki, Putini bu müharibəyə başlamağa təhrik edən Yevgeni Priqojin Rusiya elitası üçün ən əlverişsiz adam kimi tanınır. Bununla yanaşı o, təhlükəli gücə malik olduğu üçün, hətta ən nüfuzlu siyasətçilər və oliqarxlar üçün də qorxulu yuxuya çevrilib.

Priqojinin təhdidləri Rusiyaya ziyan vuran, korrupsiyaya uğramış deputatları və yüksək vəzifəli məmurları ən yüksək səviyyədə qorxuya salıb.

Məlum olub ki, çox yaxın zamanlarda Priqojini Ukraynada gedən müharibə ilə əlaqədar çıxış etmək üçün Dumaya dəvət edəcəklər. "Putinin aşpazı" parlamentdə Rusiyada özlərinə sərvət toplamış, müharbənin gedişinə maneçilik törədən, qarşıya qoyulan məqsədlərə çatmağa imkan verməyən siyasətçilərin və oliqarxların adlarını açıqlayacaq.

Artıq ilk ciddi siqnal səslənib. Yevgeni Priqoji özünün Telegram-kanalında Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya məktubunda onu Artyomovskiyə çağırıb və vəziyyətə yerində qiymət vetməyi tələb edib.

Priqojin əvvəllərdə müdafə naziri Şoyqunun hərəkərlərindən narazı olduğunu bəyan edib və hətta onu ağır söyüşlərlə təhqir etməkdən belə çəkinməyib.

"Vaqnerin" rəhbərinin bu cür açıq şəkildə müdafiə naziri Sergey Şoyqunu və Baş qərərgah rəisi Gerasimovu ittiham etməsi yəqin ki, Rusiya prezidenti Vladimir Putinin razılığı ilə baş verir. Çox güman ki, Priqojinin xarakterini bildiyi üçün, qarşıda Şoyqunu "Vaqner hərbi şirkətinin" rəhbəriylə gərgin qarşıdurma gözləyir.

Yeri gəlmişkən Qərb dövlətləri "Vaqner" hərbi birləşməsini terrorçu təşkilat kimi tanımağa hazırlaşır.

 

 

TƏQVİM / ARXİV