Pakistan yenə 60 günlük atəşkəs istəyir
Pakistan ABŞ ilə İranı daha 60 günlük atəşkəs elan etməyə razı salmağa çalışır.
Adalet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İslamabad tərəflərin bu müddət ərzində münaqişənin nizamlanması üzrə yekun razılaşmalara nail ola biləcəyini düşünür.
“Tərəflər birbaşa danışıqların bərpasını və uzadılmasını elan etməzdən əvvəl ilkin çərçivəni formalaşdırmaq üçün İslamabad vasitəsilə mesaj mübadiləsi aparırlar”, – deyə agentliyin mənbələrindən biri bildirib.
Məlumata görə, Vaşinqton və Tehran memoranduma əsasən, nəzərdə tutulan 60 günlük əvvəlki müddətin avqustun 16-da başa çatmasına baxmayaraq, bir-birinə qarşı zərbələri bərpa etməməyə razılaşıblar.
Eyni zamanda, İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani ABŞ-nin Omana təzyiq göstərdiyini, bu səbəbdən həmin ölkənin İranla Hörmüz boğazı üzrə saziş imzalaya bilmədiyini bəyan edib. Səfir Birləşmiş Ştatların Hörmüz boğazına nəzarət etmək istəyinin qəbulolunmaz olduğunu və beynəlxalq normalara zidd təşkil etdiyini vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl İran və Omanın Hörmüz boğazında gəmiçiliyin təmin edilməsindən əldə olunan gəlirlərin bölünməsi barədə razılığa gəldikləri bildirilirdi.
Digər Xəbərlər
26 Avqust 2026 23:40
YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək - Fidan
26 Avqust 2026 19:40
Qalibaf: İran hazırda böyük problemlərlə üz-üzədir
26 Avqust 2026 18:41
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
26 Avqust 2026 18:03


Bakı -°C

