Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Adalet.az-ın erməni KİV-ə istinadən xəbərinə görə, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini tam təmin edib.
“Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini tam təmin edib və Robert Koçaryan barədə həbs qərarı verilib”, - deyə o bildirib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi dünəndən etibarən müstəntiqin Robert Koçaryanın həbs olunması barədə vəsatətinə baxıb. Bildirilir ki, Robert Koçaryan həkimlərin göstərişi ilə gecə saatlarında xəstəxanaya yerləşdirilib və məhkəmə iclası onun iştirakı olmadan davam etdirilib.
Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryanın və ölkənin üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarının müsadirə edilməsi ilə bağlı tapşırıq verib.


Bakı -°C
