adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Rəşid Mahmudovdan Nəsib Quliyevin ölümünə REAKSİYA

1017 | 2024-04-24 15:57

“Onun ölümünə çox təəssüfləndim. Görən, Nəsib niyə görə intihar edib?”.

Adalet.az xəbər verir ki, bunu tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib.

O, Nəsib Quliyevin bir vaxtlar onun tələbəsi olduğunu bildirib:

“Mənim hazırda 86 yaşım var. 24 yaşımdan Azərbaycan Tibb Universitetində mühazirələr oxumuşam. Həmin vaxt Nəsib də orda mühazirəmi dinləyən tələbələrdən biri olub. Çox heyf, Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev bu gün yaşadığı evdə odlu silahdan atəş açaraq özünü güllələyib.  /bakupost.az

  • May:
  • 3

TƏQVİM / ARXİV