adalet.az header logo
  • Bakı -°C

Sosiska və kolbasalara yaxın durmayın...

88 | 2026-07-29 13:33
A- A+

Bu gün çox adam sosiska və kolbasalardan uzaq durur. Ən azından ona görə ki, onların keyfiyyəti bir o qədər də yaxşı deyil.Çünki kolbasa alırsan içindən dəmir qırıntısı, eləcə də digər əşyalar çıxır. Yediyin kolbasadan başqa nə dadı desən verir.Bununla yanaşı, heç bilmirsən ki, həmin məhsullar nə ətindən hazırlanır. Belə sosiska və kolbasaların çoxu mənşəyi bilinməyən ətdən hazırlanır.

Mənşəyi bilinməyən ətlər isə ölmüş iribuynuzlu, xırdabuynuzlu heyvanların, eləcə də at və eşşək ətidir. Hüquq -mühafizə orqanları dəfələrlə  bazarlarda , müxtəlif avtomobillərin yük yerində  at və eşşək əti aşkarlayıb. Hətta bir dəfə bir dələduz iş adamının  həyətində  soyuducuda və sexdə tonlara mənşəyi bilinməyən ət müəyyən edilib. Onlar ən yaxşı halda cərimə edilir və bir müddət keçəndən sonra  yenə bu işlə məşğul olurlar. Belə ki, həmin dələduzlar rayonları kəndbəkənd  gəzib ölmüş heyvan leşlərini  maşına yığaraq onu ya yeməkxanalara, ya da sexlərə təhvil verirlər. Bir tanışım deyir ki, heyvanım ölmüşdü, onu gəlib məndən yüz manata aldılar. Dedim ki, bu heyvan leşin neynirsiniz?

Dedilər ki , kolbasa sexinə verəcəyik. Mal ətinin bir kiloqramı 17-18 manatdır. Amma kolbasanın bir kilosu 6 manat! İndi nəticə çıxarın! Deməli, əksər supermarketlərdə satılan kolbasa və sosiskalar  mənşəyi bilinməyən ətdən  hazırlanır! Biz də bunu bilə - bilə yenə kolbasa, sosiska alırıq! Ona görə də bütün günahları özümüz də axtarmalıyıq!!!

Emil FAİQOĞLU

TƏQVİM / ARXİV