adalet.az header logo
  • Bakı -°C

İki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

64 | 2026-07-29 15:02
A- A+

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Adalet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.

TƏQVİM / ARXİV