adalet.az header logo
  • Bakı -°C

“Paşinyanın Kremldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi...”

79 | 2026-04-02 11:47
A- A+

“Ermənistan Baş naziri Nikol Pasinyan Vladimir Putinlə görüşdə açıq şəkildə Qarabağ hərəkatının davam etdirməməli olduğunu qeyd etdi. Bununla Putinin nəzərinə çatdırır ki, Kremlin emissarı Robert Köçəryan üzərindən seçkilərdə Qarabağ məsələsini bağlasın. Ermənistan üçün bu məsələnin qapandığını və Azərbaycanla əlaqələrin normallaşması Rusiya ilə əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Paşinyan Moskvadan qayıtdıqdan sonra R. Köçəryanın seçki kampaniyasında Qarabağ məsələsini gündəmə gətirdiyi üçün ona qarşı ciddi kampaniya aparacaq:

“Köçəryanı vətənə xəyanətdə və Ermənistanı fəlakətə sürükləyən proqrama malik olduğu üçün küncə sıxışdıracaq. Paşinyanın Kremldə Qarabağ məsələsini bağladığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi Kreml üçün soyuq "duş effektdi" yaratdı. Tərəflər arasında ittihamlar və mübahisə də baş verdi. Ermənistan və Rusiya arasında gərginlik bu görüşdən sonra daha da davam edəcək. Rusiyanın bundan sonra Qarabağ erməniləri və onların üzərindən hər hansı bir humanitar yardımlar məsələsinə də imkan verilməyəcək. Qeyd edim ki, Rusiyanın bir əsr əlində olan təzyiq rıçaqı əlindən çıxdı. Vaxtı ilə Kremldə Azərbaycana qarşı Qarabağda separatizm və işğal planı hazırlanıb Ermənistan vasitəsilə reallaşmışdı.N. Pasinyan Rusiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin Azərbaycan üzərindən ediləcəyini mesajını verdi. Bu, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV