adalet.az header logo
  • Bakı -°C

“Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?”

105 | 2026-03-28 13:38
A- A+

“Dünən Qəzza – Fələstin torpaqları, bu gün Tehran, Təbriz, Məşhəd, Şiraz, İsfahan... – külli-İran! Dünən Qəzzada sünni, bu gün İranda şiə müsəlmanlar eyni bir gücün – səlibçi-si*o*nist ittifaqının bombardmanıyla qətl edilir! Bilirsiniz, niyə?! Çünki hər iki ünvan bu lənətlənmiş gücün iradəsinə boyun əyməyən, parça-parça edilmiş İslam aləminin əsas dirəniş cəbhələri, müqavimət qalaları, ölümün özünə qalib gəlməyin örnəyini göstərən savaş meydanları, hər an külündən közərib alovlanan ocaqlar, məğlubedilməz bir düşüncənin dərin kök atdığı və yayıldığı ideya məkanlarıdır!”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, oradakıların da iradəsini qırdılarsa, təslim etdilərsə, o ocaqları söndürdülərsə, əmin olun ki, bütün müsəlman dünyasını dizə gətirəcək, bütün İslam coğrafiyasına daha bir neçə əsr hökm edəcəklər:

“Bacaracaqlarmı?! Mən inanmıram! Və bu inancımın əsasında da 14 əsrlik zəngin bir tarixin öyrətdiyi dərslər yatır!Şərin oxlarının – bu səlibçi-si*o*nist zehniyyətin, "Epşteyn koalisiyası"nın müasir raket zərbələrinin yönəldiyi Qəzza da, günümüzün İranı da hər halıyla mənə yenidən 14 əsr əvvəli – 680-ci ilin Kərbəlasını xatırladır, gözlərim önündə o səhnələri canlandırır!Baxın: Yezidin Hüseyndən istəyi nə idi?! Beyət! Təslimiyyət! Onun şərtlərinin qəbulu! Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?! Eynisi - beyət, təslimiyyət!...14 əsr əvvəl susuz Mərəya düzündə Yezidin sağ qalmaq təkliflərinə “Mənim kimi birisi sənin kimi birisinə heç vaxt beyət etməz”, - demişdi Hüseyn və tək-tənha qalsa da, öldürüləcəklərini bilsə də öz övladları, qardaşı, bacısı, qardaşının və bacısının balalarıyla birgə son damla qanınadək vuruşmuşdu! Onun ölümü isə Əməvilərə və ondan sonrakı bütün zalım hakimiyyətlərə qarşı etirazların, qiyam və üsyanların nüvəsinə, ideya qaynağına, əsas hərəkətverici qüvvəsinə çevrilmişdi! Heç uzağa getməyin, bircə fakta diqqət yetirin: 14 əsr əvvəl Hüseynin qətlə yetirildiyinin 40-cı günü onun məzarının tək bir kor səhabə ziyarətçisi varıydısa, 14 əsr sonra eyni gündə o məzarı azı 30 milyon insan ziyarət edir və ilbəil də bu rəqəm artır artır! İndi İmam Hüseynin bu dirənişini özünün rəsmi ideologiyasına çevirmiş bir dövlət - İran özünün dövlət ağlı və qürurlu xalqıyla düz 14 əsr sonra, 1 aylıq savaşda rəhbərlərinin və bütün komandan heyətinin öldürülməsinə baxmayaraq, eyni qətiyyət və iradəni iki hərbi-texnoloji qüdrət maşınına qarşı və bütün dünyaya nümayiş etdirir! Bəli, həddən artıq riskli, ancaq eyni zamanda, olduqca cəsarətli, ləyaqətli və təqdirəşayan addımdır - ideyasına sadiq insanların nəyə qadir olduqlarını Allah 14 əsr sonra da hər kəsə göstərir! Bax, indi bu göstəriləni – o İlahi dirənişi birdəfəlik qırmaq, sünnili-şiəli bütün müsəlman ümmətinə gözdağı vermək, daha bir də bu coğrafiyada bir kimsənin onlara yenidən baş qaldırmağa cürət etməməsi xofunu yaratmaq üçün ABŞ-İsrail cütlüyü hər hiyləyə və zorakılığa əl atır, o boyda qoşunu okeanın o tayından bu tayına daşıyıb gətirir!... 14 əsr əvvəl Peyğəmbərimizin (s) sevimli nəvəsi Hüseyni və azsaylı təfdarlarını qətlə yetirənlər də əbalı-əmmaməli, özünə müsəlman deyən, “Quran”ı əzbər bilən şəxslər idi.

O, deyib ki, bu gün Qəzzanı və İranı vurmaq üçün ərazilərini ABŞ-İsrail qoşunlarının ixtiyarına verənlər, üstəlik, böyük şövqlə onlara informasiya-təbliğat xidməti göstərənlər də özlərini müsəlman sayan, “Quran”a əl basıb and içənlərdir:

“Hərəsinin də əlində-dilində bir bəhanəsi! Bu savaşda düşmənin yanında yer aldığını, onu güclü göstərmək üçün gizlicə anlaşdığını pərdələmək üçün hərəsi bir yalana, bir bəhanəyə sığınıb-bürünüb!Necə də 14 əsr əvvəlki Kufə əhlini, Kufə əyanlarını xatırladırlar, deyilmi?!Bəli, Yezidin şirin vədlərinə aldanan, onunla gizlicə anlaşan pul-vəzifə-içki düşkünü olan Kufə əyanları da eynən belə davranmışdılar – Hüseynin imdadına yetməmək üçün hərəsi bir bəhanə gətirərək, aradan çıxmışdılar!İndiki “Kufə əyanları”nın - o ərəb şeyxlərinin kimliyini də biz yaxşı bilirik və onların əlamətlərini, gerçək simalarını və aqibətlərini isə yolgöstəricimiz “Qurani-Kərim” bizə əla tanıdır: “...Onlar bir-birlərinin dostlarıdır. Sizdən hər kim onlarla dostluq edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım tayfanı doğru yola yönəltməz”. (Maidə, 51)... Düz 14 əsr sonrakı bu təlatümdə isə mənim gözlərim və rahat qəlbim yalnız və yalnız Hürrü – o məşhur sərkərdəni axtarır!O Hürrü ki, Yezidin qoşununun başında Hüseynə beyət şərtlərini gətirmiş, onun yolunu kəsmişdi. Ancaq Peyğəmbərimizin (s) əziz nəvəsiylə söhbətdən sonra səhv etdiyini, belə bir ləyaqətli kişiyə qarşı çıxmağın doğru olmadığını, Yezidin cinahında yer almağınsa axirətini satmaq olduğunu anlayaraq, dərhal tövbə etmiş, qılıncını da götürərək “Dininiz yoxdursa, heç olmasa qeyrətiniz olsun!” deyən Hüseynin çağırışına qoşulmuş, İmamın tərəfinə keçmişdi! Hüseynin yanında ilk şəhid də məhz Hürr olmuşdu!... Gözləyək, görək, bəs dövrümüzün Hürrü kim olacaq?!”.

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV