Azərbaycan polisi çox şanlı və şərəfli bir yol keçıb. Çünki onlar dövlətimizin və xalqımızın ən ağır günlərində onların yanında olub.Qanunu icra edərkən heç nədən çəkinməyib. Hətta şəhid olmaqdan , ölümdən belə qorxmayıb. Birinci Qarabağ savaşında onların torpaqlarımız uğrunda aslan kimi necə döyüsdüklərinin şahidi olmuşam. Onda indiki kimi müasir silahlarımız və döyüş maşınlarımız yox idi. Amma igid polislərimiz, qorxmaz oğullarımız vardı.
Və onlar təpədən - dırnağa hər cür silahlarla təchiz edilmiş erməni əsgərlərinə qan uddururdular. Düzdür, silah da müharibədə önəmli rol oynayır.Ancaq əsas sözü əsgər , polis və digər döyüşçülər deyirlər. Onların hər cür müasir silahları var idi, bizim aslan kimi döyüşən oğullarımız.İkinci Qarabağ savaşında və antiterror əməliyyatları zamanı bu şirbiləkli, aslan ürəkli oğullarımız və o cümlədən polislərimiz öz sözlərini dedilər.
Çevik Polis Alayının əməkdaşları antiterror əməliyyatı zamanı Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və digər yaşayış məntəqələri uğrunda gedən döyüslərdə qəhrəmanlıqla döyüşdülər . Və bir daha Prezident İlham Əliyevə, xalqa, dövlətə , vətənə sədaqətlərini nümayiş etdirdilər.Sübut etdilər ki, Azərbaycan əsgərinin, Azərbaycan polisinin qarşısında heç bir düşmən qüvvəsi tab gətirə bilməz! Bunu tək düşmənlərimiz deyil, bütün dünya bildi! Bu gün Azərbaycan polisi ölkəmizdə cinayətkarlığa qarşı münarizədə və ictimai asayişin qorunmasında çox böyük rol oynayır.Həmin mübarzənin öndə Çevik Polis Alayının əməkdaşları da var.
Onlar dövlət tədbirlərinin keçirilməsində , mədəni- kütləvi yığıncaqların təhlükəsizliyinin təmin edilməsində öz üzərlərinə düşən vəzifə borcunu məsuliyyətlə yerinə yetirirlər. O cümlədən Bakı şəhərində bütün bayram tədbirlərinin keçirilməsi zamanı şənlikdə iştirak edən insanların təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər. Qarşıdan milli bayramımız - Novruz bayramı gəlir. Düz on gün iş günü olmayacaq.Yəni martın 20-dən 30- na kimi Azərbaycan polisi, eləcə də Çevik Polis Alayı güclendirilmiş rejimdə işləyəcək.Yəni biz istirahət mərkəzlərində , evimizdə dincələrkən , bayram edərkən onlar 24 saat iş başında olacaq və bizim təhlükəsizliyimizi qoruyacaqlar.
Allah da onları qorusun . Bir faktı da qeyd edək ki, Çevuk Polis Alayının Binəqədi rayonundakı bölüyü və onun komandiri Elvin Babayev Prezidentə, dövlətə və xalqa sədaqətlə xidmət edirlər. Onlar Bakı şəhərində və rayon ərazisində keçirilən bütün dövlət , kütləvi tədbirlərdə insanların təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər.Bununla yanaşı, Çevik Polis Alayının Xətai , Nizami , Yasamal, Nəsimi və Nərimanov rayonlarındakı bölükləri də cinayətkarlığa qarşı münarizədə və ictimai asayişin qorunmasında öz üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirlər.Bu isə o deməkdir ki, xalqımız bayram günlərində çox rahat istirahət edə , şənlənə bilər . Çünki onları qoruyan və təhlükəsizliyini təmin edən Azərbaycan Polisi var! Novruz bayramı münasibətilə öncədən Azərbaycan polisini təbrik edir, onlara cansağlığı arzulayırıq!!! Allah bir daha şərəfli və namuslu Azərbaycan polisini qorusun!!!
Faiq QİSMƏTOĞLU


Bakı -°C
