adalet.az header logo
  • Bakı -°C

Şənbə günü

185 | 2026-01-20 13:31
A- A+

İstəsək də, istəməsək də həftənin günləri ilə işləyirik, yaşayırıq. Şənbə günü mənim üçün ən yaxşı gün olub ağlım kəsəndən. İş həftəsinin sonu, növbəti gün də bazar günü.

Yeyib içib özün kimi olursan. Bazar gunu də gec durursan, yatırsan. Amma 1990 çi ildən sonra bir neçə il şənbə günüü kədər günu kimi yaşadım. Həmin həftə günü  20 yanvar faciəsi oldu. İllər ötdükcə dərk etdim ki, əslində bu gün qəhrəmanlıq tarixinin günlərindən biridir. Dünya tarixində o vaxta qədər elə bir xalq yox idi ki, əliyalın ölüm saçan tankın qarşısına çıxsın.

Ölümün üzərinə gedərək ölumun  o tayına keçsin və əbədi ölümsüzlük qazansın. Qan ilə, can ilə alınmış azadlıq günüdür bu gün... Azadlıq da verilmir, alınır.Yenə də şənbə gününün içində bir faciə olduğundan şəhidlərimizi anırq. İnsanlığa qənim kəsilmiş, düşmənlərimizin törətdiyi faciəni unutmuruq. Mənim ruhumda, düşüncəmdə 20 yanvar şənbə günü kimi qaldı. Həm faciə, həm də dünya tarixinə qəhrəmanlıq töhfəsi kimi .. 

Şənbə gününü həmişə 20 yanvar günü kimi xatırlasaq unutqan olmaycağıq. Düşmənlərimizi gələcək nəsillərə təqdim etmiş olacağıq həm də. Başımıza gələn müsibətlərin unutqanlıgımızdan yarandığını bilərəkdən yazdım bu son cümləni də. Elə bu şeiri də :

Şənbə günümə dəyməyin 

Mən bu günü özüm kimi,
Yaşamaq, duymaq  istərəm.
Hər kəs üçün beş  gün olub,
Özümçün olmaq istərəm.

Düz sözumə, əməlimə,
Yaxşı əlimə dəyməyin.
Mən özlüyümdə bir kəsəm,...
Şənbə günümə dəyməyin...

Sizin kimi yaşayıram,
Sizsiz hər zaman önümdə .
Qoyun mən də özüm kimi,
Olum bir şənbə günündə.

Ceyhun Ağabəyov 
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

  • Dekabr:
  • 26

TƏQVİM / ARXİV