adalet.az header logo
  • Bakı -°C

Əyləc saz olmayanda...

87 | 2025-11-04 16:43
A- A+

Hər bir nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır.O cümlədən əyləc sistemi də normal işləməlidir. Təəssüf ki, bəzi avtomobillər texniki cəhətdən bir o qədər də işlək vəziyyətdə olmur.

Bu isə hər an , hər dəqiqə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.Və onu da qeyd edək ki, dəfələrlə nəqliyyat vasitələrin də yaranmiş texniki nasazlıq üzündən ağır qəzalar olub. Bir neçə gün bundan əvvəl isə Bakıda Babək prospektində hərəkət edərkən bir avtobus əyləc sistemində yaranmış texniki nasazlıq üzündən " Bakbusa" məxsus avtobusa çırpılıb.

Xoşbəxtlikdən ölən  və ağır xəsarət alanlar olmayıb. Amma hansı ki, avtobuslar hər səhər qarajdan çıxmazdan əvvəl texniki müayinədən keçirilməli və sürücülər həkim baxışından sonra sükan arxasında əyləşməlidir.Ancaq görünür bəzi sahibkarlar və sürücülər bu məsələyə barmaq arası yanaşır.

Baki Səhər  Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, biz hər dəfə sürücüləri maariflendirərkən bildiririk ki, onlar nəqliyyat vasitələrini saz saxlasınlar, əyləc sistemi işləməyən avtomobillərin sükanı arxasında əyləşməsinlər. Təəssüf ki, buna bəzən məhəl qoymayan sürücülər də olur.

Onda da bax belə qəzalar baş verir. Avtobuslar bir qayda olaraq səhər saatlarında qarajdan çıxarılarkən birmənalı olaraq texniki müayinədən keçirilməlidir, həmçinin sürücülərin də sağlamlığı yoxlanılmalıdır. Xüsusilə də, yağışlı havada və yollar sürüşkən olanda nəqliyyat vasitələri saz olmalıdır və əyləc sistemi işləməyən avtomobillə harasa getmək olmaz. Bir sözlə, nəqliyyat vasitələri saz olanda həm sürücülər , həm də sərnişinlər mənzil başına daha rahat çatırlar!

Emil Faiqoğlu

TƏQVİM / ARXİV