adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Qızı təpikləyən iranlı döyüşçüyə ömürlük qadağa - VİDEO

929 | 2024-04-24 10:20

İranlı döyüşçü Əli Heibati Rusiyada keçirilən "Hardcore Fighting Championship" (HFC) yarışı zamanı rinq qızını təpiklədiyinə görə ömürlük idmandan uzaqlaşdırılıb.

Adalet.az xəbər verir ki, matçı uduzan döyüşçünün rəqibinə hücum çəkməsi də sosial mediada böyük reaksiyalara səbəb olub. 

Hadisə Moskvada keçirilən Hardcore MMA 90 tədbirində, Heibatinin Arkadiy Osipyanla görüşü ərəfəsində baş verib. O, baş verənlərə görə sosial şəbəkədə qızdan üzr istəyib. İdmançı üzrxahlığında MMA döyüşündən əvvəl yaşanan gərginliyə görə səhv hərəkət etdiyini və qadınlara hörmət etdiyini bildirib.

Bununla belə, HFC Heibati-nin davranışını qəbuledilməz hesab edib və onu həmişəlik oyundan kənarlaşdırıb.  

 

  • May:
  • 3

TƏQVİM / ARXİV