
İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi bildirib ki, ölkənin Silahlı Qüvvələri tam hazırlıqlı vəziyyətdədir və İsrailə qəti zərbə endirəcək.
Adalet.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Vəzifəyə təyin olunduqdan sonra o, yayımladığı müraciətdə belə vəd verib.
Bundan əvvəl, 14 iyun tarixində, İslam İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei general-leytenant Əmir Hatamini İran İslam Respublikasının Ordusunun Baş Komandanı vəzifəsinə təyin edib.
General Hatami 2013-2021-ci illərdə İranın Müdafiə naziri vəzifəsində çalışıb.
Rəsmi fərmanda Ayətullah Xamenei Hataminin "fədakarlıq, səriştə və təcrübəsini" bu təyinatın əsası kimi göstərib və onun rəhbərliyi altında "dönüşümlü və inqilabi yanaşma"nın həyata keçirilməsini istəyib.
Yazarın digər yazarlar

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

Pezeşkian: Təxribatlar davam edərsə, daha sarsıdıcı cavablar veriləcək

İran mülki şəxslərin qətlinə görə çox ağır hesab ödəyəcək - Netanyahu

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri ARTIRACAQ

Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi
