adalet.az header logo
  • Bakı -°C

Qarlı hava sabah da davam edəcək - PROQNOZ

116 | 2026-01-20 13:14
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

  • Dekabr:
  • 26

TƏQVİM / ARXİV