adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Qarabağ qazisinin qanla yazılmış gündəliyi

HƏZİ HƏSƏNLİ
14887 | 2017-12-08 15:15

Rey Kərimoğlu alovun – odun içində bişmiş igidoğullarımızdandır, Qarabağ Qazisidir. Bu il 50 yaşı tamam olub. 1991 – ci ildənerməni işğalçılarına qarşı əməliyyatlarda iştirak etmək üçün Milli Ordu sıralarına ( Milli Qəhrəman, şəhidpolkovnik – leytenant Şirin Mirzəyevin yaratdığı 836 nömrəli hərbi hissədə)qoşulub. Kəşfiyyat dəstəsində döyüşlərdə iştirak edib. Xankəndi istiqamətində,Noraguh yaxınlığında növbəti kəşfiyyat zamanı ağır yaralanıb, ikinci qrupQarabağ əlilidir. Vətən torpağı uğrunda neçə - neçə igid əsgərimizlə çiyin –çiyinə vuruşmuş Rey Kərimoğlu! O, məndənon bayram kiçikdir.Amma odun – alovun içində bişdiyinə görə elə bilirəm ki, məndənon bayram böyükdür!...

Rey Kərimoğlunun düşüncəsinin yaşı qədimdir.Qarabağımızın yaşıdıdır bəlkə də?! Köksü dağlı, qolları bağlı Qarabağın özünəoxşayır Rey Kərəmoğlu!...Hərdən mənə elə gəlir ki onunla yüz ilin dostlarıyıq.Amma bu yüz ildə bircə dəfə birlikdə çay içməsək də, ürəklərimiz bir – birindənsu içib həmişə...

Rey cəbhədə olduğu illərdə gündəlik yazmasa da,sonradan kitab halında yazdığı cəbhə xatirələri bir Qarabağ Qazisinin qanlayazılmış gündəliyidir. O, "Kod adı: "REY” kitabını ürəyinin qanı ilə yazıb. Bu, həm də birQarabağ Qazisinin ömür kitabıdır. "May ayı idi. Bütün Qarabağda vəziyyət gərginləşmişdi.Şuşada isə vəziyyət lap ağır idi. Amma cəmi bir neçə gün sonra bu qədim Azərbaycanşəhərini itirəcəyimizi heç ağlımıza da gətirmirdik. Batalyonun şəxsi heyəti bu itkini çox ağır yaşadı. İnana bilmirdikŞuşanın işğalına”...

Rey yazıçıdeyil. Amma yazıçı olmasa da şəhid oğulların müqəddəs qanı axıdılan torpağın ətriniyaxşı duyur.Yazıçı olmasa da, igid əsgərlərin soyuq səngərlərdəki halınıobrazlı dillə, təsirli detallarla verb.Gördüyü qandan danışır, ağ yalandan danışmır. Qarabağ torpağının dilini gözəlbilir. Naləsi torpağı, daşı yandıran Qarabağın dili ilə danışır bu kitab.Yazdıqlarını Qarabağ torpağının dili ilə yazır Rey. Bu kitab insanı torpağayaxınlaşdırır. Oxuduqca kədərlənirsən, qəhərlənirsən, ağrıyırsan, amma... yenədə oxuyursan. Yazdıqları içini alov – alov yaxan sözlərdir. "Əynində döyüşünağır keçdiyini nişan verən, didik – didik əsgər mundiri olan on doqquz yaşlıbir gənc. Başı döyüşçü dostunun dizləri üstündə sakitcə uzanıb. Mundirininyaxası deşik – deşik. Sinəsi aramla qalxıb enir. Pulemyot güllələri sinə qabırğalarınıqırıb dağıtdığından ürəyi, ürəyinin çırpındığı aydınca görünür. Tozlaqanqarışıq "palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış ürəyindənaxan qıpqırmızı qan toza qarışıb rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə dədanışır. Eləcə baxır – düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kimbilir onun parçalanmış ürəyindən nələr keçir?...” – Bu, sükutun içinə çəkdiyibir haraydı, nalədi! Bu mənzərəni görən Reyin özünün ölümü gözlə qaşarasındadı... Ölənlə ölmək olmasa da o, hər belə ürək dağlayan mənzərələrigördükcə kim bilir neçə yol ölüb dirilib?! Bax, bu sətirləri adam təklikdəoxumağa ürək eləmir! Gəl birlikdə oxuyaq, qədirbilən oxucu: " O səhnə sonralarbaxdığım neçə müharibə və dəhşət filmlərinin ən ağır səhnələrini kölgədə qoyurhələ də...


Ölümcül yaralanan, param – parça olan Yalçınuşaqlardan xahiş edib ki, onu vursunlar. Amma heç kəs vurmayıb. Yalçın eləoradaca həlak oldu. Bədənindən ələ keçən bir yer qalmamışdı, nəyi dəfn elədilər,bilmədim...” Bu sətirləri bir şəhid ömrünün acısını yaşaya - yaşaya oxuyuruq. Doğrudan da şəhidömrü də seçilmiş ömürlərdəndi.

Reyin yazdıqları yazıçı təxəyyülünün məhsulu deyil.Acı həqiqətlərdir, ağrılı həqiqətlərdir. Bu ağrılı həqiqətlər könlümün kövrəktelinə toxunduqca elə bil ürəyimi güllədənkeçirirlər. Bu kitabın hər səhifəsindən qan sızır. Oxuduqca sanki o yaralarınağrısını ürəyində hiss edirsən. Bu ağrılar insanın iliyinə işləyir. Elə təsirliepizodları oxuduqca torpağı qan rəngində görən, qanı şəhid qanına qarışan qardaşım Reyin könülgöynədən halını da düşünürəm...

" ... Tüstü, toz – dumandan bir müddət heç nə görəbilmədik. Yalnız uşaqların bağırtıları gəlirdi....

Tüstü, toz – duman çəkildikcə gördüyüm mənzərədənyerimdə donub qalmışdım. İnsan ayaqları, qolları bədəndən kənarda qalmışdı.Ayaqsız, qolsuz əsgərlər ayaqlarının və qollarının kəsilmiş yerləriniqucaqlayıb bağırırdılar.”

Ürək parçalayan bu sözləri həyacansız oxumaq olmur.Aman Allah! Bir ürəyin qanı axa – axa torpağı yoğurur. Bu ağrılar yaxa – yaxabir ürəyi qovurur... Bu dözülməz ağrılar Reyin gözlərinin yaşında və ürəyininbaşında qərar tutur.

...Rey məniməqidəsindən dönməz dostumdur. İgid canlı, gözü qanlı dostum. Elə ilktanışlıqdan Reyin içindəki milli şüur, milli düşüncə dərinliyini hiss etdim.Torpaq, Vətən sevgisinin böyüklüyünü duydum. İlk dəfə tanış olanda ömrününsoyuq səngərlərdə keçən günlərinin kövrək xatirələrini sövq təbiiliklə necədanışırdısa, eləcə də yazır...

Sevimlişairimiz Musa Yaqub torpaq ünvanlışeirini sanki Reyin torpaq sevgisinə həsr edib:

Torpaq müqəddəsdir,

Torpaq müqaəddəs,

Gərək yadımızdan

çıxmasın bu dərs.

O, ürək kimidir –

satıla bilməz,

Vətəndi, atadı, anadı torpaq.

O,xarakterinin qabarıq özəllikləri ilə çevrəsindəki insanlardan seçilir. Onundaxili dünyası hər an savaş halındadır. İçindəki harayı sözə çevirərək açıqsöyləməkdən heç vaxt çəkinmir. Elə bu səbəbdən də on il bundan əvvəl Reyə ithafetdiyim şeirimi xatırladım:


Qardaş, damarına çəkmə ülgücü,

Vallah, mənasızdı indi əl gücü.

Hər yükü çəkəmmir daha fil gücü,

Fil özü xırdadı, ey Kərimoğlu –


Ədalət hardadır Rey Kərimoğlu?

Haqqın qapıları açılar çətin,

Kimin vecinədir sənin möhnətin?

Yolunda can qoydun sən həqiqətin.


Qırat çidardadı heey Kərimoğlu –

Ədalət hardadı Rey Kərimoğlu!

Haqq elə nazilib lülədən keçər,

Üzlər şapalaqdan, şillədən keçər,


İgidin sinəsi güllədən keçər.

Koroğlu dardadı, bəy Kərimoğlu –

Ədalət hardadı,Rey Kərimoğlu?

Söndü haqq yolunda yanan ocaqlar,


Daha Tanrıdan da yox umacaqlar.

Bir gün Qu nəğməsi oxuyacaqlar...

Sazlar divardadı, hey Kərimoğlu –

Ədalət hardadı, Rey Kərimoğlu?


Namərd güllə atar mərdə birinci,

Çatar Ozan Həzi dərdə birinci.

Kim tapsa olacaq burda birinci,

Gordadı gəzdiyin şey, Kərimoğlu –


Ədalət hardadı eeey Kərimoğlu –

Ədalət ordadı, Rey Kərimoğlu!

Bu kitab birçox cəhətlərinə görə diqqəti cəlb edir. Xalqımızın Qarabağ ağrısını özündə əksetdirən bu kitabda Reyin öz obrazı canlanır. Yazdıqları Reyin öz gözləri iləgördükləridir, öz yaşantılarıdır, öz ağrılarıdır, şəxsi müşahidələridir. Çoxümid edirəm ki, Rey Kərimoğlunun bu kitabının oxucuları çox olacaq. Çünki özünün də yazdığı kimi, "...Qarabağmüharibəsində 18 – 20 yaşlarında şəhid olmuş tanıdığım əsgərlərin hekayətləriniqismən də olsa çatdırmaq istəyi də mənə xeyli güc verdi. Bu, bizim hamımızınmüharibəsi, hamımızın ağrısı və hamımızın kitabıdı.”

Neçə - neçə qəhrəman oğullarımız işğal altında olanQarabağımız uğrunda döyüşlərdə şəhid olublar. Qorxu – hürkü bilmədən, bir an daolsa dinclik tapmadan... Onların cəsurluğu, qorxmazlığı haqqında elə epizodlarvar ki... Şəhidlər hər şeydən uca bildikləri Vətən uğrunda, Vətən torpağıuğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olur və əbədiyyətə qovuşurlar.Şəhidləröləndən sonra da ürəklərdə, yaddaşlarda yaşayırlar. Böyük Türk şairi Mehmet Akif yazıb:

Ey şəhid oğlu, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbə!!!

Sulardaaxan şəhid qanı görüb Rey... Öz ağrıları özünə bəs etmirmiş kimineçə - neçə ürəkdağlayanağrısını illərdən bəri öz içində çəkib, zaman – zaman əlinə qələm alıb, sözəçevirib Rey Kərimoğlu.

Mən səhərin erkən çağında otların üstündəkimirvari kimi şehdən sırğa düzüldüyünü çox görmüşəm, amma Rey isə şəhid qanının torpağıal qırmızı qan rənginə boyamasını çox görüb. Bir daha nələr gördüyünü özyazdığı kitabdan oxuyuram: " Gördüm yenə halım pisləşir, ölürəm! Azada dedimki, ölürəm! Fikirləşdim ki, birdən huşum başımdan çıxar, amma ölmərəm və əsirdüşərəm! Avtomatı boğazıma dirəyib gözlədim. Dedim, Azad, əsir düşməkdənsə,özümü vuracam! Azad yumruqlarını uzandığı yerdə torpağa çırparaq qışqırdı:

-Lazımdeyil!

... ermənilərin atəşi altında qalmışdıq.”

Düşmən gülləsinə tuş gələn şəhidlərimizin ruhu və mürgülü kəndlərimiz bu gün də güllə, top, mərmi səsindən diksinir.Amma hər dəfə atəşkəsi pozan düşmən, nizami ordumuzun igid əsgərləri tərəfindəngeri oturdulur. Ruhunuz şad olsun, canı qədər sevdiyi torpağın köksünə başqoyub uyuyan, qanı qanımızdan, canı canımızdan olan şəhid oğullarımız, şəhidqardaşlarımız!

Bu kitabıoxuduqca ağrı ilə bərabər, həm də qürur hissi keçirirsən! Torpağın dərdini dərindəndərk edən Rey Kərimoğlu tarixi faciəmizin fədaisi kimi gördüklərini nə yaxşı qələməalıb! Vətənimizin bir parçası olan Qarabağ torpağı haqqında yazılanlar olmasa,gələcək nəsillər millətimizin başına gətirilən müsibətlərdən, faciələrdən necəxəbər tutar?.. Yurd itkisi, Qarabağ həsrəti haqqında yazılanlar stolüstükitabımız olmalıdır. Bunlar bir qanlı sənəd kimi tarixboyu qorunubsaxlanmalıdır. Yurd itkisini qanlı köynək kimi əynimizə geyməli, Qarabağ həsrətimizibütün varlığımızla hiss etməliyik. Qarabağ müharibəsi qəhrəmanlıqlarla dolu keçmişimizin, ulutariximizin bir hissəsidir. Bunu gələcək nəsillərə çatdırmaq mühüm əhəmiyyət kəsbedir.

Rey inləyən Qarabağ torpağının hər qarışında izi olan, butorpaq haqqında yazmağa üzü olan Qarabağ Qazisidir! Onun yazdığı bu kitab gələcəknəsillərə örnək ola biləcək, tarixi faktları və həyat həqiqətlərini səhifə - səhifəaçıb göstərən, oxucuda erməni faşizminə qarşı nifrət hissi aşılayan birkitabdır. O, yazır: " Mənim yazdıqlarım ancaq öz gördüyüm, xatırlaya bildiyim, çoxnadir hallarda isə üç – dörd mənbədən təsdiqini tapan eşitdiyim hadisələrdir.Elə hadisə var ki, onu tam qələmə almaq olmadı və ya tamamilə toxunmadıq ohadisələrə, amma bu o demək deyil ki, gələcəkdə bunları yazmayacağıq.”

Bukitabdakı bir çox epizodlarda müharibə dəhşətlərindənxəbər verən ağrı, müsibət, ölüm,itim, şəhidlik fəryad qoparır. Amma bununla beləquduz düşməni geri oturdanda igid əsgərlərimizin hünərinə sevinirik. Kitabda bucür qürurverici məqamlar da yer almışdır:

"... Birdən "UAZ” – dakı səsgücləndirəndən ŞirinMirzəyevin amiranə səsi gəldi:

-BATALYOOOON!HÜCUMAAAAAA!

Səs qulağımdan beynimə, ürəyimə, iliyimə işlədi. Ardınca tanklar nərildədi,tırıldadı. Ləngər vurub, yerindən irəli sıçradı. Mən ağladım...

Əlimin arxasıyla gözlərimi silib sağa – sola boylananda gördüm ki, əsgərlərimizdənbəziləri də ağlayır. Əslində, bu sevinc göz yaşları idi ki, biz onu saxlayabilmirdik.

Torpaqlarımızın azad edilməsinəbaşlayırdıq...

Biz – kəşfiyyat dəstəsinin böyük bir qrupu – İdris Hümbətov, AzadMusayev, Ziyad Əliyev, Qırımxan Novruzov, Fərman (indi tam xatırlamıram, həmin əməliyyatdabizim dəstədən daha kimlər iştirak edirdi) və Yavər Babayevin dəstəsi... Xaçınçayını keçib, özümüzü meşəyə verdik.”

Vətənimizə,xalqımıza, dövlətimizə sədaqətlə xidmət edən əsgərlərimizin Qarabağın işğaldanazad edilməsi uğrunda şücaətini görəndə "Hünərin mübarək, zəfərin mübarək, AzərbaycanƏsgəri!” – deyirik.


  • May:
  • 3

TƏQVİM / ARXİV