adalet.az header logo
  • Bakı 20°C

Qapıya top əvəzinə pul vurmaq olmur, yoxsa Qətər... - Eminquey yazır

EMİNQUEY AKİF
844 | 2022-11-23 11:47

Hamı bilir ki, Dünya Çempionatının Qətərə verilməsinin səbəbi puldan başqa, sırf emosionaldır! Sosial inkişafın səviyyəsi təkcə iqtisadi parametrlərlə ölçülmür. İqtisadiyyatınızla paralel azadlıqları olan müasir ölkə ola bilmirsinizsə, spirtli içkiləri qadağan edərsiniz və LGBT-yə qarşı çıxarsınız. Amma bununla yanaşı, kondisionerlə ot sahələrini sərinlədə bilərinisiz. Əsas odur ki, pulunuz var! 

Şayiə budur ki, Qətərin çempionatı aldığı gündən bəri tikintidə çalışan 6500 miqrant işçi dünyasını dəyişib. Ona görə də bu çempionat tarixdə futboldan başqa məsələlərlə gündəmə gələcək kimi görünür.

Elə bir çempionat ki, stadionları düzəldən işçilər mühacirdir. Təşkilat xaricdədir. Tamaşaçılar icarədir. Qətər tezliklə pula güc verib, hətta çempionluğu Marsa daşısa, təəccüblənməyək!

Əsas odur, görəcəyik ki, Qətər dünya futboluna dəyər qatacaq, ya yox? Hər halda, yaxşı ki, qapıya top əvəzinə pul vurmaq olmur, yoxsa Qətər çempion olardı...

TƏQVİM / ARXİV