"Bu gün təqdimatda əsas məsələlər göstəriləcək".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir", - deyə dövlət başçısı əlavə edib.


Bakı -°C
