adalet.az header logo
  • Bakı -°C

Ötən il Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal olunub

107 | 2026-01-20 13:18
A- A+

Ötən il Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal olunub.

Adalet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 1 960 ədəd və ya 32,7 % azdır. Bu ilin əvvəlinə 82 ədəd hazır məhsul ehtiyatı yaranıb.

2025-ci ildə Azərbaycanda 761,6 milyon manatlıq maşın, avadanlıq, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. 2024-cü illə müqayisədə maşın və avadanlıqların istehsalı 16,3 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 % azalıb.

Hesabat dövründə Azərbaycanda 474 ədəd traktor istehsal edilib. Bu, 2024-cü illə müqayisədə 23,9 % azdır. Bu ilin yanvarın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, 2025-ci ildə ölkədə 273 ədəd yük avtomobili istehsal edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən 60,8 % azdır. Bu il yanvarın 1-nə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

  • Dekabr:
  • 26

TƏQVİM / ARXİV