Türkiyə Super Liqasında həyəcanla gözlənilən "Qalatasaray" - "Fənərbağça" matçını idarə edəcək baş hakim müəyyənləşib.
Adalet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu məsuliyyətli qarşılaşmanı Yasin Kola həvalə edib.
Çempionluq mübarizəsi baxımından həlledici əhəmiyyət kəsb edən matçda hakimin hər bir qərarı böyük maraqla izləniləcək.
Qeyd edək ki, görüş aprelin 26-sı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Bakı -°C
