adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 00:11
81
DÜNYA
A- A+

Yalnız bu halda İranla razılaşma olacaq - Tramp

İranla razılaşma yalnız ABŞ, müttəfiqləri və dünyanın qalan hissəsi üçün uyğun və məqbul olduqda bağlanacaq.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da paylaşım edib.

O bildirib ki, hazırda ən az təzyiq altında olan tərəf məhz özüdür.

“Vaxtım var, amma İranın yoxdur. Saat işləyir. İranın Hərbi Dəniz Qüvvələri dənizin dibindədir, Hərbi Hava Qüvvələri məhv edilib, hava hücumundan müdafiə və radar sistemləri sıradan çıxarılıb, liderləri artıq bizimlə deyil. Blokada güclüdür və tam təsirlidir. Zaman onların tərəfində deyil”, – deyə Tramp əlavə edib.