“Neftçi” klubu futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.
Bakı təmsilçisindən Adalet.az-a verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.
2024-cü ildən “ağ-qaralar”ın formasını geyinən Səfərov son 2 mövsümdə bu komanda ilə bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə edib.
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer yeni müqaviləni bu cür dəyərləndirib: “23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək oyunçulardandır.
Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.


Bakı -°C
