adalet.az header logo
  • Bakı 12°C

Məzlum Məsum

VÜQAR ABBASOV
35193 | 2019-02-05 12:45

Məsumu yenə "yuxarılara” çağırmışdılar.Əhvalı pərişan idi. Öz-özünə "Görən indi nə deyəcəklər?” – deyə düşünürdü...

Hava isti idi, günəş yuxarıdan adamınbaşını deşirdi. Tər Məsumun kürəyindən üzü aşağı axırdı. Bu istidə avtobus dayanacağınagedənə kimi hələ çox tər axacaqdı ondan, hələ bir də "yuxarılarda” "tərlətsə”lərhalı lap dözülməz olacaq.

Qəribə adamdı Məsum, anadan olandan, adıqoyulandan bu günə kimi işləri də qəribə gedib. Ancaq bir şey vardı ki, işlərininqəribə getməsində çox vaxt özü deyil, başqaları səbəbkar olub. Məsələn, Məsum anadan olanda atası onun adını Məsudqoymaq istəmişdi, ancaq məmurun səhvi ucbatından adını Məsum yazmışdılar. Beləcəilk dəfə onda məmurlar onu Məsud olmağa qoymamışdılar. Həyatda üzü çox az gülmüşdü Məsumun. Bir dəfəisə Məsum hədsiz dərəcədə çox sevinmişdi, yaxın bir dostu ona bir restoran bağışlamışdıvə Məsum bundan çox məsud olmuşdu. Eləbuna görə də restoranının adını "Məsud Məsum” qoymuşdu. Ancaq onun taleyinə əzəldənməsud olmaq yazılmayıbmış. Başlanğıcda işləri əla gedirdi. Yaxınlıqda bir neçə restoran var idi, çoxdan işləyirdilər.İşləri də pis getmirdi. Ancaq Məsum əla kababçı idi deyə kabab həvəskarlarıyavaş-yavaş yığışdılar onu restoranına. Bu isə yaxınlıqdakı restoran sahiblərinəxoş gəlmədi, onların sahibləri də, deyilənlərə görə, "yuxarılarda” idi.

Bir gün Məsumu çağırdılar "yuxarılara”ki, lüləni duzlu edirsən, bir lülə bişirdiyini görməyək. Bir gün çağırdılar tikəndə çox duzsuz olur, onu da bişirmə. Sonradan davam etdilər ki, balıqla camaatızəhərləyərsən, o biri elə, bu biri belə. Məsum nə qədər dedi ki, a kişilər,balıq köhnə olanda adamı zəhərləyər. Təzə balığın isə adama xeyri var, zehniaçır. Bəs bunları bişirməsəm mənimrestoranıma kim gələr? Niyə gəlsinlər? Dedilər ki, satmayacaqsan, vəssalam. Qaldızehin açmağa, sənəmi qalıb millətin zehnini açmaq? Bir sözlə, Məsum qaldı ancaq göy qutabının, kartof püresinin vədigər belə şeylərin ümidinə ki, ətrafdademək olar ki, hamı göy qutabı, püresatırdı, balaca kafelər belə. Bu minvalla kababçı Məsumun məsudluğu yenəəlindən alındı, müştəriləri azaldı. Günlərlə oturub sadəcə gününü yola verir,ancaq evinəçörək pulu qazana bilirdi...

... Avtobus gəlib dayanacaqda dayandı,hamı kimi Məsum da birtəhər özünü dürtdüiçəri. Tərin iyindən içəridədurmaq mümkün deyildi. Məsumu itələyibsıxdılar bir tərəfə. Məsum oturacqda oturmuş iki gəncin başı üstündə dayanmalı oldu. Gənclərinsöhbəti diqqətini çəkdi:

- Gördündə, qərar verdilər ki, filan (qəzetlərin adlarını sayır) qəzetlərə yardımlarısaxladılar. Bəhanə da odur ki, tiraj azdır, satış az olur və.s.

- Əbunlara nə deyəsən. Qəzetlərə "onu yazma,” "bunu yazma” deyirlər, hamı eynişeyi yazır. Bir qəzetə baxsan hamısına baxmış kimisən, daha başqa qəzeti niyəalasan? Sonra da deyirlər ki, qəzetlər maraqsızdır, oxuyan yoxdur və.s. Neyləsinbəs bu qəzet çıxardanlar. Gündə eyni yeməyi yesən bezməsən?..

Məsum daha söhbətin davamını eşitmədi,dinləyəcək halı qalmamışdı. Necə də onunrestoaranının hekayətinə oxşayırdı bu qəzet söhbəti. İnsanlar əlbətdəki, eyni şeyi yeməkdən bezərlər. İnsanlara nə qədər kartof əzməsi, göy qutabıyedizdirmək olar? Qəzetlər də onun kimi,"onu yazma,” "bunu yazma” deyilirsə, bütün qəzetlər eyni mövzudayazırlarsa kim oxuacaq o qəzetləri? Sonra da deyirlər ki, qəzeti bağla, tirajın azdır... Birdən də öz-özünə "Sənə nə e bu qəzet məsələsindən?Hələ gör səni niyə çağırıblar” – dedi. Sonra isə düşündü ki, yaxşı, bəs bu qəzetlərçıxmasa qutabların altına nə sərəcək? Qutabı boş ver, unu nəyin üstünə ələyəcək?Zibili nəyin üstünə yığıb atacaq? Manqalın altını nəylə qalayacaq? Eh, nəmanqal? Manqal qalamağa imkan verdilər ki, manqaı da qalayaq?

Məsum elə bunları fikirləşirdi ki, mənzil başına çatdığını gördü. Birtəhər özündənqabadakılara "düşmürsənsə yol ver də” deyə-deyə avtobusdan düşdü. Xülasə, gəlibçıxdı "yuxarıların” binasına, daxil oldu "yuxarıdakı” adamın kabinetinə. "Yuxarıdakı” adam Məsumu görən kimi:

- AMəsum, necəsən? Qutablar necə gedir? Bilirəm, yenə deyəcəksən ki, ətrafda hamı qutab satır da, qutab alanyoxdur. Uzatmayacam, Məsum, restoranı işlədə bilmirsən. Müştərin yoxdur.

Məsum ağzını açıb: "Necə müştərim olsune. Onu satma, bunu satma deyirsiniz” – demək istəyirdi ki, "yuxarıdakı” adambuna imkan vermədi:

- Gəlsən o restoranıbağla, sat bizə.Pulverimsənə, get olməsudvəbaşqaişləməşğulol, yaşa da özkefində. Bu işlərsənlikdeyil…

Söhbətləri çox da uzun çəkmədi. Ağıllıadam idi Məsum. Anladı ki, kimə, hara şikayət edəcəksə xeyri olmayacaq. Restoranını satmaqdan başqa edə biləcəyi birşey yoxdur. Vaxtilə müştəri ilə dolub-daşan restoranında indi ancaq milçəkvızıltısı eşidilir. Odur ki, restoranısatmağa razılaşıb binadan çıxdı. Öz-özünə"Eh, Məsum, səni bir türlü məsud olmağa qoymadılar. Anadan olandan sənə məsudolmaq qismət deyilmiş, adını belə düz yazmayıblar. Bir restoranın vardı ki,adını Məsud qoymuşdun, özün də məsud idin, onu da əlindən aldılar” – dedi və "Məsum-Məsud,”"Məsud Məsum” deyə-deyə yoluna davam etdi və bunları o qədər tez-tez təkraretdi ki, az qala yanıltmaca bənəzdi vəsözlər qatışdı bir-birinə "Məsud Məsum,” "Məsum məsud,” "Məşum Məsum,” "MəzlumMəsum”...

Vüqar Abbasov.


TƏQVİM / ARXİV