adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Məmməd Araz vardısa... varsa... var olacaqsa...

AYDIN CANIYEV
130047 | 2013-11-14 00:13
Bir neçə an olub həyatımda Azərbaycandan, Azərbaycanlı, Azərbaycanlılığa meylli olmağımdan fəxr etmişəm - o anlarda mən sadaladığım kateqoriyalar üzrə ÖZÜMÜZÜ HAMIDAN ÖTƏ görmüşəm və BU... MƏHZ ELƏ BELƏ DƏ OLUB! 1988-ci ildə Məmməd Arazı asta-ahəstə addımlarla, YERİYƏN ƏFSANƏ OLARAQ nəşriyyata gələn gördüm! Ayın tarixi elə bu günlər idi. O YERİYƏN ƏFSANƏ, mən nəşriyyatın... kuryeri! Hətta "salam" verməyə özümdə haqq tapmadım! Kuryer olmağıma baxmayaraq, mən artıq o ana qədər ilyarım Tiflisdə nəşr olunub üç respublikada yayımlanan "Leninskoye znamya" (Sovet Ordusunun Qırmızı Bayraq ordenli Zaqafqaziya Hərbi Dairəsinin orqanı) qəzetinin ayda 100 manata qədər qonorar olan "sobkor"u - xüsusi müxbiri olmuşdum. İndiki BDU-nun jurnalistika fakültəsinin ikinci kursunda oxuyurdum. Yevgeni Yevtuşenkonun "Komsomolskaya pravda"da Xuraman xanımın "cəsarətli və müdrik addımı"na həsr olunan "Yaylıq" şeirinin "qoltuğaqarpız" olmasının davasını döymüşdüm Ermənistanın Sovetaşen qəsəbəsində Sergey Borisoviç Moyseyenko ilə: şahidlərimin biri fb səhifəmdə dost siyahısında, biri Prezident Qvardiyasında polkovnik, o biri polkovnik də Surqutda! Və mən Məmməd Araza ona görə "salam" verməyə cəsarət etmirdim ki... Mən onda ANLAMIŞDIM VƏ BİLİRDİM Kİ: bizim bu gün o xəstə halında gördüyümüz, hər gün işə VAXTINDA GƏLİB, VAXTINDAN GEC GEDƏN, aylıq "Azərbaycan təbiəti" jurnalını buraxan bu Məmməd Araz ƏN AZINDAN Gürcüstanda, Ermənistanda (hələ mən Pribaltikanı və Qərbin özünü demirəm) olsaydı... YANINDAN SAKİTCƏ ÖTƏN biz azərbaycanlılar ERMƏNİ, GÜRCÜ, UKRAİN, LATIŞ, ESTON, HƏBƏŞ, RUS, BELORUS, FİN, YAPON, ALMAN, İNGİLİS Məmməd Arazın qatı tərəfdarları-təbliğatçıları-təşviqatçıları, nələri-nələri və daha nələri olardıq! Amma və lakin... hər gün Məmməd Araz gəlirdi və mən hər gün adamların, adi-öləri adamların sakitcə keçməyini, tanıyanların, bilənlərin "salam" verib keçdiyini görəndə, ağrıya-ağrıya düşünürdüm: adamlarrrrr, dostlarrrr, Məmməd Araza "salam" verib keçmək çox azdı!!! And olsun verdiyiniz o "salam"ın sahibinə, azdı!!! Mən onda Məmməd Arazı tək ona görə sevmirdim ki, HEÇ VAXT HEÇ HARDA Onun adını və özünü kiminsə oynaşı olmaqda hallanan, kiminsə məclisində "dütt" deyincə vurub sallanan, hansısa məclisdə tərif deyib yallanan, ləyaqətdən, namusdan keçib mallanan-varlanan görməmişdim, eşitməmişdim, bilmirdim... mən həm də ona görə əmin idim ki... Məmməd Arazdan heç vaxt eşitməyəcəm, görməyəcəm və MƏN bilməsəm də belə, belə şeyləri bilən olmayacaq! Çünki Məmməd Araz ŞAİR İDİ!!! - "söz bənnası" yox! Məmməd Arazı oxuyanda, görəndə, tanıyanda ŞAİRLƏ "SÖZ, CÜMLƏ BƏNNALARI" anlamındakı fərqi anlatdığına görə çox istəyirdim. Çox istəyirdim ki... - məndə qrup yoldaşlarım KOMPLEKS yaratmışdılar - qazaxlı-qarabağlı (hələ 1985-ci ilin sentyabrında) lənkəranlını, muğanlını ədəbiyyat, söz adamı saymadıqlarını dolayısıyla bəyan etmişdilər - gedib Gürcüstanda, Ermənistanda, Rusiyada görmüşdüm ki, rus, gürcü, erməni və s... mənim talış olmağımın fərqinə varmadan, AZƏRBAYCANLINI ƏDƏB VƏ ƏDƏBİYYAT ADAMI saymır - o ki qala qazaxlını, qarabağlını: MƏN onda Məmməd Arazı sevdim ki, o məni - talışı, ləzgini, kürdü, hapıtı, avarı, saxuru BÖYÜK AZƏRBAYCANLI qiyafəsində HƏR YERDƏ TƏMSİL EDƏCƏK QƏDƏR BÖYÜK ŞAİR İDİ, ÜZÜMÜZÜ AĞARDAN ŞAİR İDİ!!! Məmməd Araz ONUNLA meydana, döyüşə çıxa biləsi KİŞİ, SÖZ SAHİBİ OLDUĞU ÜÇÜN sevirdim! Və həm də təkcə buna görə yox! Mən Məmməd Arazı Ermənistanda, Gürcüstanda, Rusiyada, Pribaltikada bu halıyla işə gəlib-gedən təsəvvür edirdim və görürdüm ki, XALQ (təbii ki, o xalq, biz yox - A.C.) öz şairini NECƏ MEHRİBAN QARŞILAYIR, SALAMLAYIR, BAŞ ƏYİR, FƏRƏHLƏNİR, QÜRUR DUYUR, SEVİR, YANINDAN ÖTMÜR E, ÜZ-ÜZƏ GƏLƏNDƏ ÜRƏYİNİN İÇİNDƏN KEÇİRİB ÖTÜRÜR - yəni belə qarşılanıb yola salındığını görür... sevinirdim!!! Və həqiqət də məhz belə idi... o xalqlarda. Bizdə Məmməd Araz... sadəcə, asta-ahəstə addımlarla, YERİYƏN ƏFSANƏ OLARAQ nəşriyyata gəlirdi... gedirdi! Mən həm də Məmməd Arazı ona görə sevirdim ki, O, mənə Azərbaycanlıları sevdirirdi - onu bu halında görənlərin içində əlbəttə ki, sidq-ürəkdən ONUN BÖYÜK OLMAĞI QARŞILIĞINDA elə böyüyə layiq münasibət göstərənlər də vardı və mən bunu da görürdüm. Özü böyük olan Məmməd Arazın özündən başqa azərbaycanlının da böyük olduğunu ortaya çıxarması mənə sevdirirdi onu. Çünki mən ÖZÜ böyüyənlərin qalanlarına kiçik baxıb kiçiltməklərini də görmüşdüm!!! Mən təkcə buna görə də sevmirdim Məmməd Arazı! Mən Məmməd Arazı üç Məmməddən biri kimi - BİRİNCİ KİMİ-BİR İNCİ kimi sevirdim: Yer üzünün əşrəfi olan insanların sırasından: peyğəmbər-ənbiya Məhəmməddən, vətəndaş-müəllim Məmməd İbrahimovdan və ata-valideyn (dədəm) Məmməddən. Mən Məmməd Arazı üç şair Məmməddən - Məmməd Aslandan, Məmməd İsmayıldan, Məmməd Arazdan - biri kimi sevirdim: hər iki halda ağır gələn, səngin kişiydi Məmməd İnfil oğlu İbrahimov! SÖZARASI: Mən Məmməd Arazı sevmək üçün seçəndə nəzərə alaq ki, sovet dövrüydü və onu da nəzərə alaq ki, bizim kənddə Məmməd Arazı şəxsən tanıyıb üz-üzə gələn günə qədər sovet dönəmi olmasına baxmayaraq, məhərrəmlikdən sonra verilən imam ehsanlarında yeməyin fatihəsini qohum-əqrəba məclisində mən verirdim-oxuyurdum. Fəqət KİM SEVİMLİ sualının cavab ismi... Məmməd Araz!!! Məmməd Arazı sevməmək üçün bəhanə, səbəb, əsas yoxdu! Məmməd Arazı sevmək üçün əsas da, bəhanə də, səbəb də eləcə! Amma Məmməd Araz bəhanəsiz, əsassız, səbəbsiz... SEVİLƏNLƏR SİLKİNDƏNDİR! Onu Allah sevimli yaradıb! Allah Ona sevimli sifətlərin və xüsusiyyətlərin hamısından verib - bir şairə, bir ataya, bir vətəndaşa lazım olduğu qədərincə!!! Və mən təkcə buna görə də sevmirdim ki Məmməd Arazı! Mən Məmməd Arazı "Sizə yetim deyən olsa, qızlarım" şeirinə görə sevirdim. Onda da, indi də, öləndən sonra qəbrimdə də, Allahın dərgahında sorğu-sualı zamanı da mən bu şeiri deyib keçəcəm!!! Məmməd Arazı olmuş, olan, olacaq xalqın içində... ərazisində, ərazisindən xaricdə Çiççolinalar, Faina Ranevskayalar olmamalıdır! Mən onda da, indi də, əmin olun ki, bundan sonra da Məmməd Arazın "Sizə yetim deyən olsa, qızlarım" şeirini NAMUS, QEYRƏT, LƏYAQƏT mücəssəməsi hesab etmişəm, edirəm və edəcəm. Böyüdüyüm Kərgəlan kəndində gördüyüm qız-qadın əxlaqının "Qurani-Kərim"dən irəli gəlməsini mən çox sonralar biləcəm, çünki mən namusun, qeyrətin, ləyaqətin tərifini "Qurani-Kərim"dən yox (onda "Qurani-Kərimi"i oxuyan ya bir idi, ya iki, onların da üçdə ikisi SSRİ "KQB"-sinin "suka"ları), Məmməd Arazın "Sizə yetim deyən olsa, qızlarım" şeirində öyrənmişəm. Və... İNANIN: 15, 25, 35 VƏ HƏTTA 45 yaşımda da - Lənkərandakı SON sərgüzəşt yaşantısında da məhz o şeirin misraları üstündə köklənib döyüşə atılmışam!!! Bax, buna görə sevirəm: Məmməd Arazı olan, "Sizə yetim deyən olsa, qızlarım" şeirini oxuyan, anlayan qızlara TƏRBİYƏ VERMƏYƏ EHTİYAC YOXDU!!! Amma və lakin... Məmməd Araz sevilməli deyilmi ki, qıza-qadına "yetim" deyiləndə üsyana qalxmağın nədənini açır, amma qıza-qadına nəinki "yetim", hətta "hərcayı-hərcayı sözlər, latayır-latayır ayamalar, daqqa-daqqa atmacalar atılırsa, nə olmalıdı?" sualına cavab verir! Yenə də... amma və lakin: Olmur! Olmayacaq! Çünki... bizlər hələ Telli Pənahqızının şeirinin bir bəndi qədər də kişi deyilik:
Sizə qurban olum, ay kənd adamı,
O toya getməyin, getməyin nə olar!? Bəy üzü dönmüşün xəyanətinə
Şahidlik etməyin, etməyin, nə olar!?
Bu barədə "Geopolitika-XXI əsr" qəzetində 5 il qabaq yazmışam (tapsam, təkrar verərəm). Məmməd Arazdan uzaqlaşmayaq, uzaq düşməyək:

Son anımda qəlpələnmək istərəm - Araz boyu səpələnmək istərəm,
Gözünüzdən od ələnə, istərəm,
Sizə yetim deyən olsa, qızlarım!

Siz Allah, səmimi, kişiyana deyin, bu misraları yazan şairin ölkəsində Çiççolina, Faina ola bilməlidi ki? Ola bilərmi?
Namərd dili bir agızda qıvrılan, Zəhərli söz balalayan bir ilan. Məzar daşım bir ox kimi sıyrılar, Sizə yetim deyən olsa, qızlarım!
Faina, Çiççolina, lap elə Aygünlə Rəqsanə anlamalı deyil ki... ATA QƏBİRDƏ DƏ OLSA, başdaşını ox eylər!!! Qız uşağı düşünməməlidi ki: ATA onu necə çox istəyir, nə üçün çox istəyir, nəyə görə çox istəyir, əgər oxuyursa ki, bunu Məmməd Araz yazıb e, dədəm Məmməd yox?!: Arzum olub: ömrüm boyu oyanam, Günəşlə bir yurdumuza boyanam. Səhər-səhər dan yerinə boylanın, Sizə yetim deyən olsa, qızlarım!
Şeiri atalı olan Məmməd Arazın ölkəsinin, xalqının qızları niyə unutmalıdırlar ki, ONLARIN ATASI var, ər eldən gələr, oğul beldən, ikisi də cəhənnəm, axı... ATA VAR! Ata!!! Məmməd Arazın vəsf etdiyi ATA!!! Ər biqeyrət, oğul peysər - boş ver, getsin! Bəs axı... ATA!!! Cavanlığını, gücünü, qüdrətini, hər şeyini Sənin üçün sərf edib gücsüzləşən, düşmən qabağında vuran qolunu, düşmən ürküdən sərvətini Sənin yolunda qoyub qocalan ATA! Bütün meydanlarını, bütün sözlərini Səni düşünüb... ölçüb, ütüləyib danışan, istəklərini Sənin adına qayçılayıb, ömrünün gəncliyini, təravətini umsuq, yetim qoyan ATA!!! Bəs düşünməzsənmi, QIZ!? Söz meydanım bu Muğandı, bu Mildi; Mənim şerim atalıdı min ildi. Nəsiminin inadını dirildin, Sizə yetim deyən olsa, qızlarım!
Sizə bircə "yetim" kəlməsi üçün üsyana qalxan, üsyana qaldıran atanı necə ayaqlara verib eşidirsən, dinləyirsən, həzz alırsan, xoşhallanırsan, allanırsan, ALLANIRSAN,QIZ!? HƏR YOLDAN ÖTƏN GƏDƏNİN əndrabadi, latayır, hərcayi ayamaları, təşbehləri, təhrifləri-tərifləri üçün, QIZ!?! Bəs nə oldu Məmməd Araz deyən? Axi Məmməd Araz deyib bunu, dədəm Məmməd yox ki?!
Mən əyilməz ata adı saxladım, Vicdanımı ovuclara sağmadım, Bu dünyanın məhvərini laxladın, Sizə yetim deyən olsa, qızlarım!
Eşitmədiniz ki, kar qızlar, ATA nədir, kimdir, anlamaz qızlar, gədə tanıyıb, ər tanıyıb, oğul sevib, oğul böyüdən qızlar, bilmədiniz ki, ATA HAQQINI, ATA ANDINI, ATA NƏSİHƏTİNİ? Di qulaq asın ardına... ARDINI DA Məmməd Araz deyib. Nə Aslandı, nə qurbanlııq İsmayıl, nə də Fəhlə. ŞAİR Məmməd Araz. (SÖZARASI: Məmməd Arazın şair olduğu ölkədə... statuslarında, təyinatlarında "şair" təyini işlədənlər arada utansınlar, özlərini Fainanın, Çiççolinanın yerinə qoymasınlar!)
Demək günəş yer üzünə qarğıyıb, Demək sənə, Vətən eşqim, qar yagıb. Demək kardı Azərbaycan torpağı, Sizə yetim deyən olsa, qızlarım!
Eşitmədiniz ki, QIZlar!?
Eşitmədi ki, Azərbaycan torpağı?! Məmməd Arazı eşitməyən torpağı erməni əkər də, becərər də! Məmməd Arazı eşitməyən qızı... Dubay varlısı, Rusiya hallısı, Türkiyə millisi, Azərbaycan mallısı "YETİM" bilər!!! Bildinizmi niyə sevdim Məmməd Arazı? Bildinizmi niyə sevməliyik Məmməd Arazı? Bildinizmi niyə sevməlidirlər Məmməd Arazı? "Sizə yetim deyən olsa qızlarım" dediyinə görə. Eşidin, qızlarım, eşidin!!! Eşidin ki... hətta Azərbaycan kar olanda Məmməd Arazın ruhu şad olsun - şad olsun ki, onu eşidən Azərbaycan qızları var! Eşidin, qızlarım... "Mən əyilməz ata adı saxladım, Vicdanımı ovuclara sağmadım, Bu dünyanın məhvərini laxladın, Sizə yetim deyən olsa, qızlarım". Eşidin... ATALARINIZIN məhkəmə iclas zallarında ATALARINIZI "qızların var" təhdidində bulunan hakimlərə "mənim qızlarım əziyyət üçün yaranıb, o sizin qızlarınızdı mini yubkada, dekoltedə barda viski içib dirəyə sarmaşıb kef eləməkçün yaşasın" deyən atalarınız - Məmməd Arazı eşidən sevən ATALARINIZI! Eşidin, qızlarım, eşidin! ATALARINIZIN QIZLARI OLDUĞUNUZ ÜÇÜN ATALARINIZI TƏHDİD EDƏN DÜŞMƏNLƏRƏ məhkəmə zallarında ən kəsinliklə cavab verən ATALARINIZIN dediklərini: "Məhəmməd peyğəmbər (s.ə.s.) xatəmül-ənbiya, qızı Fatimeyi-Zəhra dörd müqəddəs qadından biri, amma 19 ildən bir azca artıq yaşamış bu müqəddəs qadının ölüm anında dediyinə baxın: "Mənim başıma gələnlər gündüzün başına gəlsəydi ətrafı zülmət bürüyərdi". Eşitdinizmi? Sizə "yetim", - deyən olsa, qalxın üsyana! Bu... Məmməd Arazın vəsiyyətidi! O... Məhəmməd peyğəmbərin qızının dediyiydi! Mən... sadəcə eşitdim, qələmə aldım. Çünki Məmməd Araz öyrədib, kar, kor eşitməsə də, görməsə də, oxuya bilir! Eşitmədinizsə, bilmədinizsə, heç olmasa, oxuyun! Həyatınızda eşitdiklərinizdən, gördüklərinizdən anlamasanız, oxuduqlarınızdan NƏSƏ anlayacaqsınız özünüz... YETİM KİMİ APARAN QIZLAR! Hamiya başa salın ki: Məmməd Araz adında Məmməd ATA deyib, Məmməd ƏMİ deyib! Deyib ki: "Bu dünyanın məhvərini laxladın, Sizə yetim deyən olsa, qızlarım".
SON: Məmməd Araz "Qalx ayağa, Azərbaycan" dedi!!! Məmməd Araz "Sizə yetim deyən olsa, qızlarım" dedi!!! Məmməd Araz "Min il qoşa atılsaq da, qoşa düşmərik" dedi!!! Nə dedisə, Məmməd Araz dedi!!! Amma və lakin, fəqət... ancaq... anlamadıq HƏR BİRİMİZİN OLAN DÜNYA HEÇ KİMİNDİ! Allaha məxsus olan Allaha qayıdır. Məmməd Araz Allahdan aldığını O-na tərtəmiz qaytardı. Bir daha və yenidən oxuyun Məmməd Arazı - dedim ya... eşitdiklərinizdən, gördüklərinizdən bir şey hasil olmasa.. oxumaq dada çatar. Ancaq Məmməd Arazı!!!

Aydın Canıyev

TƏQVİM / ARXİV