Makron Papa seçkilərinə müdaxilədə şübhəli bilinir

156 | 2025-05-02 16:38

İtaliyada Fransa prezidenti Emmanuel Makronu Roma Papasının seçkilərinə təsir etməyə və “Sant'Egidio” hərəkatı ilə əlaqələri vasitəsilə "öz" namizədini taxta irəli sürməyə çalışmaqda şübhəli biliblər.

Adalet.az xəbər verir ki, bu barədə "Le Monde" yazır.

Qeyd olunub ki, şübhələrə səbəb Papa Fransiskin ölümündən sonra Makronun Romada fransız kardinalları və “Sant'Egidio”nun rəhbəri ilə görüşləri olub.

Hərəkatdan mümkün namizəd kardinal Zuppidir.

Öz növbəsində, “Sant'Egidio” bəyan edib ki, Makron sadəcə proseslə maraqlanır, lakin müdaxilə etmir.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.

Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanacaq.

  • May:
  • 2

TƏQVİM / ARXİV