Azərbaycan cüdoçusu qızıl medal qazandı

217 | 2025-05-02 19:04

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Adalet.az xəbər verir ki, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevi yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.

  • May:
  • 2

TƏQVİM / ARXİV