adalet.az header logo
  • Bakı -°C

Magistratura üzrə respublika birincisi AzTU-nu seçdi - FOTO

55 | 2026-07-28 15:47
A- A+

2026/2027-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında 99 balla respublika birincisi olan Cəmilə Yusifovanın seçimi Azərbaycan Texniki Universiteti (AzTU) olub. O, ixtisas seçimi zamanı kodlaşdırmada yalnız AzTU-nun kibertəhlükəsizlik ixtisasını seçib.

Adalet.az xəbər verir ki, bu barədə AzTU-nun sosial media hesablarında məlumat paylaşılıb.

AzTU-nun rektoru Vilayət Vəliyev Cəmilə Yusifova ilə görüşüb. Tələbəyə uğurlar arzulayan rektor AzTU-nun Kibertəhlükəsizlik kafedrasının fəaliyyətindən, həmçinin kibertəhlükəsizlik sahəsində görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb.

Öz növbəsində Cəmilə Yusifova qeyd edib ki, respublika birincisi olmaq onun ən böyük hədəflərindən olub. Daha sonra o, kibertəhlükəsizlik istiqamətində kadr hazırlığı həyata keçirən universitetlərin fəaliyyətini araşdırıb və AzTU-da təhsil almaq qərarını verib.

Qeyd edək ki, Cəmilə Yusifova Prezident təqaüdçüsüdür.

TƏQVİM / ARXİV