adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

KİMLİYİ DNT TESTİ İLƏ MÜƏYYƏN EDİLƏN ŞƏHİD ANAR NURULLAYEV - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
62031 | 2021-03-31 10:35

2020-ci il yaddaşlarda İkinci Qarabağ Müharibəsi və Azərbaycanın tarixi Qələbə ili kimi qaldı. Otuz ilə yaxın bir dövrü əhatə edən vaxt nəhayət ki, sona yetdi və xalqımız özünə məxsus olan torpaqları işğaldan azad etmək üçün cihada qalxdı. Xalqın geniş səbrini daraldan hadisələrdən biri də Qarabağla birbaşa əlaqəsi olmayan Tovuz rayonu istiqamətində erməni işğalçı qüvvələrinin döyüşlərə başlaması idi. Bu döyüşlərdə Azərbaycan general-mayor Polad Həşimov başda olmaqla, 11 hərbçimizi itirmişdir. Bu hadisələrdən sonra minlərlə insan müharibə tələbi ilə gecə saatlarında Bakı küçələrinə çıxaraq Şəhidlər Xiyabanına yürüş etmişdilər... Xalqımız tarixi birlik nümayiş etdirir, vətənpərvər gənclər isə hərbi komissarlıqlara müraciət edərək səfərbərliyə qoşulurdu... Nəhayət lazım olan həmin qisas günü yetişdi və Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev müharibənin başlanması ilə bağlı öz tarixi əmrini verdi...

  Müharibəni itkisiz təsəvvür etmək mümkün deyil, müharibə aparan dövlətlər həm iqtisadi, həm hərbi, həm də canlı insan itkisü ilə üzbəüz qalır. Haqq davası başlanan gündən doğma torpaqlarımızı işğaldan azad etmək üçün özünü odun, alovun içinə ataraq qəhrəmanlıqla döyüşən oğulların hər biri fəxr və qürur yerimizdir. Şəhid qanı ilə dəstəmaz alan torpaqlar məhz belə qeyrətli, mərd və igid oğulların sayəsində azadlığa qovuşmuşdur. Belə oğulların biri də Nurullayev Anar Siyavuş oğlu idi...

     Anar 19 yanvar, 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlmişdir. 2001-2018-ci illərdə əvvəlcə Osmanlı kənd ümumi orta, sonra isə Şıxsalahlı kənd tam orta məktəbində təhsil almışdır. Uşaqlıqdan idmana və hərbi sahəyə marağı vardı, idmanın ağırlıq qaldırma növü ilə məşğul olurdu,  niyyəti isə hərbçi olmaq idi. Lakin Cümşüd Naxçıvanski adına hərbi liseyə sənəd qəbuluna gecikməsi üzündən arzusunu reallaşdıra bilmir. Sonradan  Kompüter proqramlaşdırması “ kursu keçərək, “ Kampütür mühəndisi” ixtisasına yiyələnir. 2019-cu ilin qış çağırışında hərbi xidmətə yollanan Anar, Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə, Quru Qoşunlarında xidmət etmişdir. Komandanlıq onun cəsarətini, mərdliyini və verilən hərbi tapşırıqları vaxtında, həm də dəqiq yerinə yetirdiyini nəzərə alaraq ona “kiçik çavuş” rütbəsi vermişdi.  O, 2020-ci ilin iyul ayında xidmət müddəti başa çatdıqdan sonra öz istəyi ilə orduda  MAXE kimi xidmət etməyə başlayır...

...Döyüşlərə şir tək girir,

Yurdumun cəsur əsgəri...

    Döyüşlərə sentyabrın 27-də Goranboy istiqamətindən sanitar kimi qatılan Anar Nurullayev, həmin rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmişdir. Döyüş meydanlarından yaralı əsgərlərin təxliyyəsi, onlara vaxtında tibbi yardım göstərilməsi işində zirəkliyi, igidıliyi ilə fərqlənmişdir. 29 sentyabr günü ailəsi ilə telefon əlaqəsi saxlayaraq ruh yüksəkliyi ilə danışmış və “əlaqə saxlaya bilməsəm narahat olmayın” deyə döyüşə girəcəklərini bildirmişdir...

  Ürəyi qisas hissi, düşmənə nifrətlə dolu olan Anar, sonrakı döyüşlərdə döyüşçü kimi iştirak etmək, mənfur düşmənlə üzbəüz döyüşmək istəyini də reallaşdırır.  Kəşfiyyat bölüyünün tərkibində, sentyabr ayının 30-da Ağdərə istiqamətində növbəti ağır döyüşlərə qatılan kiçik çavuş, elə həmin döyüşlərin birində ağır qəlpə yarası alaraq şəhidlik adında əbədiyyətə qovuşmuşdur. Lakin üç aya yaxın haqqında heç bir məlumat əldə edə bilməyən valideynləri onun əsir götürüldüyünü fikirləşir, ölümünə inanmaq istəmirdi. Sonradan neytral sahədən nəşi tapılan şəhidin kimliyi DNTtestii ilə müəyyən edilərək ailəsinə təhvil verilmiş və 17 fevral 2021 ildə doğulub böyüdüyü Osmanlı kəndində torpağa tapşırılmışdır...

    Ailədə iki qardaş olan gənclər həm də yaxın dost idilər. Qardaşı Eıvin, sinif yoldaşı Hüseyn Əkbərov da Anar haqqında ağızdolusu danışır, onun elə uşaq vaxtından mərd, vətənpərvər olduğunu söyləyirlər.” Qardaşım mənim çətin gündə üz tuta biləcəyim ünvan idi”-deyir Elvin...

Anası Bahar xanım, atası Siyavuş oğlu Anardan keçmiş zamanda danışmaq istəmir, onunla fəxr etdiklərini söyləyirlər. Vətən-anadır, Ana isə Vətən.., hər ikisi müqəddəsdir, onların yolunda can vermək şərəfdir,  Vətəni vətən edən isə onun dağ vüqarlı oğullarıdır... Bəli, artıq Azərbaycan qalib dövlətdir, elə müharibənin ilk günlərindən dövlətin düzgün  siyasət apardığı və  güclü hərbi potensiala malik olduğuna bütün dünya əmin idi. Xalqımız bir nəfər kimi Azərbaycan Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Ordumuzun gücü və hünəri sayəsində tarixi qələbəni labüd etdi...

TƏQVİM / ARXİV