Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Li Çje Myonun KXDR sərhədini keçən pilotsuz uçuş aparatları (PUA) ilə bağlı baş vermiş insidentə görə təqdim etdiyi üzrxahlığını qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conqun bəyanatına istinadən məlumat yayıb.
Kim Yo Conqun sözlərinə görə, Pxenyan Cənubi Koreya liderinin üzrxahlığını ümidverici və düşünülmüş bir addım kimi qiymətləndirib.
Kim Çen In qeyd edib ki, Li Çje Myonun bu hərəkəti gərginliyin azaldılmasına hazır olduğunu nümayiş etdirən dürüst və alicənab bir insanın addımı hesab edilə bilər.
Eyni zamanda, Kim Yo Conq vurğulayıb ki, əgər Seul Pxenyanın ifadəsi ilə desək, KXDR-ə qarşı "ehtiyatsız təxribatlarını" davam etdirərsə, sülh və sabitlik haqqında danışıqlar mənasız qalacaq.
O xəbərdarlıq edib ki, Şimali Koreyanın suverenliyinə qəsd kimi qiymətləndirilən hərəkətlər təkrarlanacağı təqdirdə, Cənubi Koreya son dərəcə ciddi nəticələrlə üzləşə bilər.
Xatırladaq ki, pilotsuz uçuş aparatları ilə bağlı insident martın 31-də baş verib. Cənubi Koreyanın birgə hərbi-polis əməliyyat qrupu hadisəni fərdi qayda pozuntusu kimi təsnif edib. Prezident Li Çje Myon KXDR ərazisi istiqamətində özəl dronların buraxılmasından təəssüfləndiyini bildirib və baş verənlərə görə üzr istəyib./Musavat.com


Bakı -°C
