İsti hava dalğası Avropada 10 gün ərzində təxminən 2300 nəfərin həyatına son qoyub.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə beş Avropa ölkəsi tərəfindən aparılan müştərək təhqiqatın nəticələrində göstərilib.
Belə ki, iyun ayının 23-dən iyulun 2- nə qədər davam edən kəskin isti havalar qərbi Avropanın iri şəhərlərində temperaturu 40 dərəcədən yuxarı qaldırıb, o cümlədən meşə yanğınlarına səbəb olub.
Kəskin isti hava şəraiti əsasən 12 şəhərdə qeydə alınıb ki, bu şəhərlərin ümumi əhalisinin sayı 30 milyon nəfərdən çoxdur.