İstanbul derbisində “Beşiktaş” qalib oldu

372 | 2025-05-04 23:07

Futbol üzrə Türkiyə Superliqasında XXXIV turun mərkəzi oyunu keçirilib.

Adalet.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Getson Fernandeş vurub.

Bu nəticədən sonra "sarı lacivərdlilər" 75 xalla ikinci, "qara qartallar" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.

  • May:
  • 2

TƏQVİM / ARXİV