Əl Şaraa Samir Şərifovu qəbul edib - YENİLƏNİB + FOTOLAR

118 | 2025-05-04 19:19

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir.

Adalet.az xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriya Ərəb Respublikasının yeni hakimiyyətinə cari ilin yanvarında göstərilən humanitar yardımın davamı olaraq, Suriyaya digər sahələrdə, o cümlədən iqtisadiyyat, neft-qaz sənayesi, energetika, mədəniyyət, təhsil sahələrində inkişafa dəstək imkanlarını araşdırmaq məqsədi daşıyır.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, təhsil naziri Muhammad Absurrah Rahman Turkuo ilə də görüşləri olub.

 

***

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

Adalet.az xəbər verir ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

  • May:
  • 2

TƏQVİM / ARXİV