adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İsrail tankları Rəfah şəhərinə daxil oldu

546 | 2024-05-07 09:20

İsrail Müdafiə Qüvvələrinin zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub. 

Adalet.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. 

İsrail Müdafiə Qüvvələri Rəfahın şərqində HƏMAS hədəflərinə dəqiq zərbələr həyata keçirdiyini açıqlayıb. Misir televiziyasında nümayiş olunan Rəfah keçid məntəqəsindən çəkilmiş kadrlarda atışma və partlayış səsləri, tankların gurultusu və helikopterlərin pilotsuz uçuşu eşidilir.

TƏQVİM / ARXİV