İran Hörmüz boğazı ilə bağlı ciddi xəbərdarlıq edib.
Adalet.az bildirir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Hörmüz boğazı regiondan kənar güclərin hərbi nümayişi üçün meydan deyil. İran Hörmüz boğazının təhlükəsizliyinə zəmanət verən və məsuliyyətli bir güc olarq bu həssas keçiddə istənilən hərbi hərəkətlə bağlı xəbərdarlıq edir", - deyə o bildirib.
Nazir müavini əlavə edib ki, Hörmüz boğazının təhlükəsizliyi sahilyanı dövlətlərə aiddir. Gərginlik yaradan tərəflər özləri məsuliyyət daşıyacaqlar. Bu ciddi xəbərdarlıqdır.
Qeyd edək ki, İran Hörmüz boğazının iki sahilyanı dövlət olaraq Oman və İran tərəfindən idarə olunmasını və müxtəlif xidmətlər qarşılığında vəsaitin ödənməsini istəyir.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.


Bakı -°C
