“Ən çox azərbaycanlının yaşadığı, 800 kilometrə yaxın sərhədimizin olduğu qonşu, dost və qardaş İran xalqı bu ilin 28 fevralında ailə üzvləriylə birgə qətl edilən Ali Lideriylə - Ayətulla Seyid Əli Xamenei ilə vida mərasiminə başlayıb. 100-dən çox dövlətin rəhbər və təmsilçisinin də vida mərasiminə qatılacağı gözlənilir və artıq İran mediası gələn yüksəkrütbəli qonaqları bir-bir təqdim edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O, bildirib ki, rəsmi məlumata görə, İrandan başqa, İraqın Kərbəla, Nəcəf və Kufə şəhərlərində də vida mərasimləri təşkil ediləcək, yekunda - iyulun 9-da isə cənazə Məşhədə gətirilərək, torpağa tapşırılacaq:
“Ölümüylə İran xalqını birləşdirən, xarici işğalçılara qarşı xalqın heyrətamiz müqavimətini təşkil edən və özündən qat-qat güclü düşmənə təslim olmasına imkan verməyən Seyid Əli Xameneinin dəfni də çox maraqlı bir tarixə – 9 iyula, məhərrəm ayının 25-ci gününə planlaşdırılır. Bilməyənlərin nəzərinə çatdıraq ki, məhərrəm ayının 25-ci günü İmam Hüseynin Kərbəlada sağ qalmış yeganə oğlu İmam Zeynəlabidinin də dövrün xəlifəsi tərəfindən zəhərlətdirilərək öldürüldüyü gündür. Beləliklə, simvollarla danışmağı və söykəndiyi ideologiyasına sadiqliyini hər an nümayiş etdirməyi sevən mistik İran "dövlət ağlı" Ali Liderinin qətl və dəfn günləriylə belə, bütün dünyaya zəngin İslam tarixinin səhifələrini yenidən vərəqləməyin, Rəhbərin qanını və adını daşıdığı babalarının - imamlarımızın həyatını öyrənməyin gərəkliyini xatırladacaq! Baxın: Seyid Əli Xameneinin adını daşıdığı ulu babası və ilk imamımız Həzrəti Əli (ə.) 661-ci ildə məhz Ramazan günündə, namaz qıldığı yerdə qətlə yetirildi!ABŞ-İsrail ittifaqının Seyid Əli Xameneinin öz ailə üvləriylə birgə yaşadığı iqamətgahı bombardman etməsi də 28 fevralda – Ramazan günlərində oldu!Həzrəti Əlinin (ə.) 680-ci ildə Kərbəlada sağ qalmış oğul nəvəsi – sonradan hədsiz çox ibadət etdiyi üçün “İmam Səccad”, “İmam Zeynəalabidin” ləqəbləriylə tanınan Hüseyn oğlu Əli də 54 yaşında – 713-cü ilin məhərrəm ayının 25-də öldürüldü və dəfn edildi.İndi Seyid Əli Xamenei də ABŞ-İsrail ittifaqının qətlə yetirdiyi nəvəsiylə birgə Məhərrəm ayının 25-ci günü Məşhəddə dəfn ediləcək!O Məşhəddə ki, orada da Peyğəmbərimizin (s.ə.s.) və Həzrəti Əlinin (ə.) soyundan olan başqa bir Seyid Əli – İmam Museyi Kazımın oğlu İmam Rza uyuyur...Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan ərazisində yaşayan seyidlərin böyük əksəriyyətinin nəsil şəcərəsi İmam Museyi Kazım övladlarına bağlanır. Çox güman ki, bu faktı nəzərə alan Azərbaycan rəhbərliyi dəfn mərasimində ölkəmizin də yüksək səviyyədə, layiqincə təmsilçiliyinə üstünlük verəcək. Bu, həm də İsrailin dayanmadan Azərbaycanı şantaj siyasətinə, bizi öz oyunlarına alət etmək cəhdlərinə də dövlət səviyyəsində verilmiş ən tutarlı siyasi cavab olardı!”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
