İran müharibəyə qoşulur? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1279 | 2024-10-02 10:39

İran dünən axşamdan başlayaraq İsraili kütləvi raket atəşinə tutub. Bu barədə məlumat verən İsrailin müdafiə ordusu bildirib ki, İran ərazilərindən İsrail tərəfə çoxsaylı raket hücumları həyata keçirilib.

 İranın İSNA agentliyi İsrail ərazilərinə atılan raketlərin video görüntülərini yayımlayıb. Atılan raketlərin dəqiq sayı bilinməsədə, bir çox KİV-lərin gümanlarına görə, İsrail istiqamətinə 500-ə yaxın raket atılıb "Yerusalem Post" qəzetinin bildirdiyinə görə, əsas hədəf Yerusəlim şəhəri olub.

 İran tərəfi bəyan edib ki, kütləvi raket hücumları İsrailin HƏMAS, "Hizbullah" hərəkatının liderlərinin və  İslam İnqilabı Keşikçiləri Korpusunun Livandakı komandanı Nilfruşanın qətlə yetirilməsinə cavab olaraq həyata keçirilib.

 İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İsrail tərəfi bu hücumlara cavab versələr, daha ağır zərbələrlə qarşılaşacaqlar. 

 İran tərəfi yaxşı bilir ki, İsrail bu hücumları cavabsız buraxmayacaq və belə olan halda iki dövlət arasında açıq müharibə başlayacağı təhlükəsi hər an gözlənilən təxminlərdən bitidir.

 Bəli gözlənildiyi kimi, İsrailin baş qərərgah rəisi Hersi Xalevi bəyan edib ki, "Tel -Əviv İranın hücumlarına qarşı görünməmiş hücum imkanlarını nümayiş etdirəcək". 

 Təbii ki, İranın bu hücumu Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşdirə bilər. "İşlərbaşı" ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Associated Pres agentliyinin birbaşa  yayımladığı mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar hazırda atılacaq gələcək addımları qiymətləndirir.

 ABŞ əslində nəyi qiymətləndirmək istəyir? Hazırda Yaxın Şərqdə gərginliyin son həddə gəlib çıxması Bayden administrasiyasının bu regionda apardığı "siyasətin" iflasa uğramasının göstəricididir. Ağ Evin boş-boşuna verdiyi bəyənatlar bir daha administrasiyanın tam köməksiz vəziyyətə düşdüyünü sübut edir. 

 Nəticədə isə, ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenin Ukrayna münaqişəsində olduğu kimi, yürütdükləri uğursuz siyasət on minlərlə insanın həyatını itirməsinə və vəziyyətin daha da çətin duruma düşməsinə səbəb olub...


 

TƏQVİM / ARXİV