Donald Tramp İrana ultimatum verdi. "Nüvə obyektlərinizin hamısını məhv etməyə hazırıq"
İran islam inqilabı keşikçiləri korpusu bəyan edib ki, İsrailə uzaqməsafəli superağır "Sadjil" raketləri ilə zərbə endirib.
İranın elit qüvvələrinin komandanlığı təsdiq edirlər ki, onlar İsrailin hava hücumundan müdafiə sistemlərini məhv ediblər və yəhudi dövlətinin səmalarına nəzatət edirlər.
İranın Tasnim agentliyinin məlumatlarına görə, "Sadjil" raketləri ilk dəfə olaraq müharibə şəraitində sınaqdan keçirilib.
İsrail tərəfi hələ ki, bu barədə heç bir açıqlama verməyib. Bu arada ABŞ prezidenti Donald Tramp İrana son ultimatumunu verib. ABŞ prezidenti İrandan qeyri-şərtsiz təslim olmağı tələb edərək bildirib ki, "bu onun İrana son ultimatumudur".
Tramp son dəfə xəbərdarlıq edib ki, ultimatumu rədd edilərsə, ABŞ İranın bütün nüvə obyektlərini məhv etməyə hazırdır. ABŞ prezidenti yaxın həftənin region üçün gərgin olacağına işarə edərək qeyd edib ki, Yaxın Şərqdə bir çox pis hadisələr baş verə bilər.
Donald Tramp rəsmi Tehranı nüvə proqramı üzrə yenidən danışıqlara qayıtmağa çağırıb "Mən əminəm ki, İran yenidən danışıqlara başlamağa hazırdır"- deyə ABŞ prezidenti bildirib.
Nə demək olar, dünyanın "ağasıdır" da. İstəyər ultimatum verib hədələyər, istəyər danışıqlara çağırar. Heç cürət edib "gözünün üstündə qaşın var" deyəndə tapılmaz...
Rüstəm Hacıyev