adalet.az header logo
  • Bakı -°C

İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb

76 | 2026-03-13 11:57
A- A+

"Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb (2025- 4.4 mlrd.manat). 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25,5 milyard manat vəsait ayrılıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

"Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir.  2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır", - deyə Ə.Əsədov qeyd edib.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV