adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

İlqar Rəsul: Qız uşağı (HEKAYƏ)

İLQAR RƏSUL
197173 | 2020-08-27 08:50

Nəqədər əhvalsız, lap elə kədərli olsa da, yol gedərkən gözünə balaca qız uşağı dəyəndə üzü gülürdü Onun, könlüaçılırdı. Sevinirdi sanki. Həmin an içindən keçən ilk istək o uşağı götürüb evəqaçmaq olurdu. Elə bu istəklə də qeyri-ixtiyari olaraq həmişə düşündüklərini təkrarağlından keçirməyə başlayırdı: "Götürürəm bu qızı, qaçırdıram evə. Qapını içəridənbağlayıram. Oturduram yerdən, xalçanın üzərində. Tez qabağına bir kasaşokoladlı dondurma qoyuram, qaşığı da verirəm əlinə. Yəqin ki, xoşlayırşokoladlı dondurmanı. Hə, xoşlayır, mən yekəlikdə adam xoşlayıramsa, bu balacaqız niyə xoşlamasın ki? Xoşlayar. Meyvə şirəsi də. Hə, şəkilli fincanlarınbirinə meyvə şirəsi süzüb, içinə çubuq salıb dizinin yanına qoyuram. Amma biraz aralı, toxunub aşırtmasın yəni. Telefonumu da verirəm qaşıqsız əlinə ki,oynasın, başı qarışsın. Ümid edirəm, ağlamaz onu qaçırtdığıma görə. Niyəağlasın ki?! Axı həmin anlarda bu dünyada onu məndən çox sevən olmayacaq. Hə,ağlamaz. Az da olsa, hiss edər onu necə sevdiyimi. Əlbəttə, hiss edər. Axı o dainsandır. Həm də ən təmiz qəlbli insan. Yəni balaca insan. Yox, ağlamaz.Ağlamasın yəni...

Evdənə var, yığaram qapının dalına. Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıgəlib qapını sındırıb içəri girincəyədək mənim bir qızım olsun yəni. Cəmi bir,bəlkə də, iki saat. Bəlkə, bir az da çox, bəlkə də, az, bilmirəm. Amma müddətinnə fərqi var ki? Əsas odur, qızı olur adamın. Guya ömür nə qədərdir, bilinirki? Lap tez gəlib əlimdən alıb aparsalar da, olsun, dəyər bunu etməyə. Axı qızıolmadan adam necə yaşaya bilər? Yox, qızsız olmaz! Kişinin qızı olar də.Vallah!

Hərhalda evdə ağır şeylər var. Qalaqlayaram hamısını qapının arxasında bir-birininüstünə. Şifoner, soyuducu, televizor, paltaryuyan maşın, hələ divanı demirəm,divan lap ağırdır. Onu da aşırdaram yığdıqlarımın üstünə. Çarpayı, stol- stul,sandıq, yorğan-döşək, paltarlar. Qab-qacaq, ayaqqabılar. Hamısını, hamısınıqalaqlayaram ağır şeylərin üstünə. Nə var, hamısını. Kitab-dəftəri də. Yox,kitabları yox, dəftərləri. Lap elə qələm-karandaşı da, lap elə diş fırçalarınıda. Hər şeyi, hər şeyi yəni. Saatları, qolbaqları, eynəkləri də. Kitabları da.Hə, kitabları da. Nəyimə lazımdır. Onsuz da, hamısını oxumuşam. Özümyazdıqlarımı da. Bir də ki, qız uşağı özü elə kitabdır də. Həm də ən maraqlıkitab. Dartışdır səhərdən axşamacan bantını, hörüklərini, tumanının ətəyini.Arada burnundan da tut, sıx. Amma ehmallıca. Ağlamasın yəni. Bundan gözəlkitab? Hə, kitabları da yığıram qapının arxasında qalaqlanmış əşyaların üstünəki, bir az da ağır gəlsinlər. Ta nə qaldı? Heç nə, məncə. Kaş yenə nələrsəolaydı, ataydım onların üstünə. Görəsən, qonşunun bizdə bir şeyi yoxdur ki?Yox, bura şəhərdir. Bu qonşuluq o qonşuluqdan deyil. Ta heç nə qalmadı evdə. Əslində,çilçırağı da açıb qoymaq olar əşyaların üstünə. Amma o, vaxt aparar. Qızcığazlaoynamağa da zaman lazımdır axı. Yoxsa niyə qaçırdırdım ki onu? Hə, çilçıraqqalsin tavanda. Ta bəsdir. Başlayaq oynamağa. Amma yox. Telefonu da uşağın əlindənalıb ataram dəhlizdə döşəmədən tavanadək qalaqlanmış əşyaların üstünə. Qoy birtelefonluq da gec açılsın qapı...

Tezgəlib oturaram qızımla diz-dizə. O, dondurma yeyər, çubuqla şirə sümürər, aradaağzını çubuqdan ayırıb nəfəsini dərər, yenə şirə içər, mən də ona baxaram. Hərdənhörüklərindən dartaram, burnunun ucunu sıxaram. Amma ehmallıca. Bərk yox.İncitməyim yəni.

Dadınıçıxararam qız atası olmağın. Həm də qızsızlığın acığına. Hələ necə xoşbəxtolmağımı demirəm. Nə qədər ki əlimdən almayıblar, adını Əsmər qoyaram. Əsməradlı qızım olar bir oynamaqlıq. Əlifbanı da öyrədərəm Əsmərə, əgər bilmirsə.Yox, bütün hərfləri yox, əlbəttə. Hamısına vaxt çatmaz. Oynamaq, meymunluq edibonu güldürmək də var axı hələ. Heyif olar o qədər vaxtı uşağa hərf öyrətməyə sərfetmək. Üç hərf öyrədərəm cəmi. Yox, üç yox, iki hərf. "A” və "T” hərflərini.Kağıza dondurmalı barmağı ilə "ata” yazsa, bəsdir. Tez o kağızı qatlayıb cibimdəgizlədərəm polislər qapını döyməyə başlayanda. Sonra yenə oynayarıq. Lap eləsonrası qapının qırılmağı olsun. Nə qapı, lap elə sonrası dəhlizdəki təpənindağıdılıb, əşyaların sındırılması olsun, lap elə sonrası məndən şikayətolsun...”

Bugün səhər iş yolunun üstündə yenə Onun qabağınca balaca, toppuş bir qız uşağıgedirdi. Ağ köynəkdə, çəhrayı tumanda, qara uzun hörükləri olan balaca bir qız.Anasının yanınca gah irəlidə, gah geridə qaçır, atılıb-düşür, dəcəllik edirdiqızcığaz. Yolu qızcığazın arxasından ayrılıncayadək yenə də həmişəki hisslərikeçirdi O. Yenə də eyni şeyləri düşündü: "...Hə, götürüb evə qaçırdaram. Lap eləsonrası məhkəmə olsun. Lap elə sonrası həbs olsun. Lap elə cinayət saysınlar, cəzakəssinlər. Lap elə sonrası bir neçə illik məhbəs olsun. Olsun də. Dəyər bir neçəsaatlıq qızın olmasına bir neçə illik məhbəs. Amma... Amma bəlkə də, eləcə əlimdənalarlar, heç şikayət etməzlər uşağın valideynləri...”

Bakı – 9 iyul 2019


TƏQVİM / ARXİV