adalet.az header logo
  • Bakı -°C
29 Iyul 2026 15:38
65
SİYASƏT
A- A+

Abiy Əhməd Əli Qafarova ilə görüşdü

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə Efiopiya hökumətinin başçısı "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşmək xoş oldu. Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair məzmunlu danışıqlar apardıq, strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - Abiy Əhməd Əli yazıb.

Qeyd edək ki, Sahibə Qafarova hazırda Əddis-Əbəbədə (Efiopiya) rəsmi səfərdədir.